Skip to content
11 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
  • Kateqoriyasızlar

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Cavidan 11 Sentyabr, 2026
Снимок экрана 2026-09-11 165217

Qazaxıstanlı həmkarının dəvəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Qazaxıstan Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, ticari, nəqliyyat, mədəni və digər sahələrdə ardıcıl şəkildə inkişaf etdiyini vurğulayıb.

Baş prokuror bildirib ki, iki ölkə rəhbərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri dövlətlərimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan, 24 avqust 2022-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Bu prosesin Prokurorluq orqanları arasında əməkdaşlığa da münbit zəmin yaratdığını qeyd edən Kamran Əliyev həm ikitərəfli münasibətlər, həm də çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamış, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə də davamlı şəkildə inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş prokuror, həmçinin, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinə qardaş Qazaxıstanın verdiyi dəstəyi xüsusi vurğulayıb. O, Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olaraq Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin 12 mart 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılışını ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qeyd edib.

Eyni zamanda, həmin tarixdə dövlət başçılarının Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olmalarını və bu layihənin icrasında Qazaxıstan şirkətinin də iştirakını iki ölkə arasında əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində də uğurla davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, əməkdaşlığın perspektiv istiqamətləri və gələcək fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi keçirilib.

Daha sonra Baş prokuror Kamran Əliyev sentyabrın 11-də Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 5-ci iclasında iştirak edib.

Baş prokuror çıxışında mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılova minnətdarlığını bildirib. O, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhərsalma və memarlıq sahəsində qanunçuluğun təmin edilməsində prokurorluq orqanlarının rolu mövzusunda çıxış edib.

Baş prokuror qeyd edib ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə şəhərlərimizin siması da dəyişərək modernləşmişdir. Bununla paralel olaraq, Azərbaycan öz tarixi memarlıq mirasının və ənənələrinin qorunmasına da xüsusi həssaslıqla yanaşır.

Bunun bariz nümunəsi kimi işğaldan azad edilmiş torpaqlarımızda mədəni tarixi abidələrimizin bərpası, eləcə də inşa edilən yeni infrastrukturun memarlıq irsimizin tələblərini rəhbər tutmaqla həyata keçirilməsini göstərmək olar. Xüsusi qeyd edilmişdir ki, Qarabağın şəhərləri qardaş türk dövlətlərinin də yaxından iştirakı ilə müasir standartlar səviyyəsində yenidən qurulur. Bundan əlavə, ölkəmiz bu təcrübəni beynəlxalq miqyasa da daşıyır.

Belə ki, cari ildə paytaxtımızda keçirilmiş BMT Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına ev sahibliyi etmiş və digər sahələrdə olduğu kimi bu sferada da qlobal səylərin dəstəklənməsinə öz sadiqliyini göstərmişdir. Şəhərsalma sahəsində qəbul edilən qərarların uzunmüddətli və çox tərəfli təsirlərindən bəhs edən Baş prokuror bu prosesdə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Tədbir çərçivəsində, həmçinin Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi heyətlə ikitərəfli görüş keçirilmişdir. Görüşdə ölkələrimiz arasında tarixi qardaşlıq münasibətlərinin, xüsusilə dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Erdoğan arasındakı dostluq əlaqələrinin türk dünyasının birliyinin möhkəmlənməsinin təməlində durması vurğulanmışdır. Daha sonra prokurorluq arasında əməkdaşlıqla bağlı qarşılıqlı maraq kəsb edən məsələlər, eyni zamanda birgə beynəlxalq tədbirlərin təşkili ətrafında fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyətinin səfəri davam edir. Tədbir çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Post navigation

Previous: Dördüncü İqlim Həftəsi başa çatıb
Next: Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

T7Jrwx91Q6C6tpv
  • Kateqoriyasızlar

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Cavidan 11 Sentyabr, 2026
  • Kateqoriyasızlar

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Cavidan 10 Sentyabr, 2026
trend_shusha_koc_3
  • Kateqoriyasızlar

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Cavidan 10 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 116)
  • Dünya (1. 057)
  • Gündəm (3. 368)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (284)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək Снимок экрана 2026-09-11 180315 1
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

11 Sentyabr, 2026
Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam ferid V 2
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

11 Sentyabr, 2026
Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ YjHKjz2b3L6Z7v 3
  • Cəmiyyət

Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

11 Sentyabr, 2026
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib Снимок экрана 2026-09-11 165217 4
  • Kateqoriyasızlar

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

11 Sentyabr, 2026
Dördüncü İqlim Həftəsi başa çatıb Снимок экрана 2026-09-11 161503 5
  • Cəmiyyət

Dördüncü İqlim Həftəsi başa çatıb

11 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3116) Dünya (1057) Gündəm (3368) Kateqoriyasızlar (211) Kriminal (284) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.