Skip to content
3 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
  • Kateqoriyasızlar

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

Cavidan 3 Avqust, 2026
Screenshot_20260803_173236_com_android_chrome_ChromeTabbedActivity

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu yerləri müəyyən edilməyib.

Universitetdə təhsil alan 1568 tələbədən 1513-ü ali təhsilin bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirir. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında topladıqları bal, təhsil aldıqları ixtisas, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, habelə digər zəruri meyarlar nəzərə alınmaqla təhsillərinin Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi nəzərdə tutulub.

Bununla yanaşı, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış, eləcə də müxtəlif əsaslarla ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər barədə məlumatlar dəqiqləşdiriləcək və onların sonrakı təhsil hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Nazirlik diqqətə çatdırıb ki, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali təhsil müəssisəsi tərəfindən əvvəllər verilmiş təhsil haqqında dövlət sənədlərinin (diplomların, arayışların) hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Universitet məzunlarının təhsil haqqında dövlət sənədləri etibarlı və tanınmış olaraq qalır.

Cari tədris ilində Bakı Qızlar Universitetini bitirən məzunlara qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədləri təqdim olunacaq.

Bildirilib ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək.

Post navigation

Previous: “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Bölmənin digər xəbərləri

Screenshot_20260803_163739_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Cavidan 3 Avqust, 2026
Screenshot_20260803_154822_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 115606
  • Kateqoriyasızlar

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Cavidan 3 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 863)
  • Dünya (993)
  • Gündəm (3. 239)
  • İdman (681)
  • İqtisadiyyat (145)
  • Kateqoriyasızlar (179)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (92)
  • Siyasət (391)
  • Texnologiya (15)

Xəbər Trendi

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb Screenshot_20260803_173236_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

3 Avqust, 2026
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub Screenshot_20260803_163739_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

3 Avqust, 2026
Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər Screenshot_20260803_154822_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

3 Avqust, 2026
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib Screenshot 2026-08-03 144941 4
  • Cəmiyyət

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

3 Avqust, 2026
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib Screenshot 2026-08-03 140053 5
  • Cəmiyyət

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

3 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2863) Dünya (993) Gündəm (3239) Kateqoriyasızlar (179) Kriminal (1416) Mədəniyyət (92) Siyasət (391) Texnologiya (15) İdman (681) İqtisadiyyat (145)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.