Skip to content
11 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının
Cavidan 5 May, 2026
Screenshot 2026-05-05 085208

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Mayın 5-də dünyada daha hansı hadisələr baş verib?

1. 5 may 1764-cü ildə Rusiyada ilk dəfə olaraq qızlar üçün təlim-tərbiyə müəssəsi yaradıldı.

2. 5 may 1920-ci ildə Lenin “müstəqil Azərbaycan Sovet Respublikasının” təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib.

3. 5 may 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verib.

4. 5 may 1949-cu ildə Londonda Avropa Şurası (AŞ) yaradılıb. Qurumun qərargahı Strasburqda yerləşir. Avropa Şurasının fəaliyyəti ilk növbədə insan hüquqlarının təmin olunmasına və müdafiəsinə, hüquqi əməkdaşlığın inkişafına, mədəniyyət, təhsil, səhiyyə, ekologiya və informasiya sahələrində qarşılıqlı fəaliyyətə yönəlib. AŞ terrorizmə qarşı mübarizə məsələlərinə, eləcə də demokratik sabitliyin möhkəmlənməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirir. Azərbaycan 2001-ci ildən AŞ-nin üzvüdür.

5. 5 may 1955-ci ildə Almaniya Federativ Respublikası NATO-ya daxil olub.

6. 5 may 1960-cı ildə Bakı funikulyaru istifadəyə verilib.

7. 5 may 1963-cü ildə ABŞ-da ilk dəfə qara ciyər implantasiyası həyata keçirilib.

8. 5 may 1970-ci ildə Bakıda Ulduz metrostansiyası istifadəyə verilib.

9. 5 may 1990-cı ildə Misirşünaslar və İT mütəxəssisləri birgə səyi nəticəsində heroqlifləri yazmağa imkan verən kompüter proqramı hazırlanıb.

10. 1994-cü ilin bu günündə Birinci Qarabağ müharibəsində atəşkəs niyyəti ilə apanlan danışıqlar nəticəsində Bişkek protokolu imzalanıb.

11. 5 may 2000-ci ildə Əhməd Nejdət Sezər Türkiyənin 10-cu prezidenti seçilib. O, vəzifəsinin icrasına 16 mayda başlayıb.

12. 5 may 2006-cı ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının 9-cu sammiti keçirilib. 10 müsəlman ölkəsini birləşdirən ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib, Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları ilə birlikdə 1992-ci ildə quruma üzv olub.

13. 5 may 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub. Burada çoxcildli Universal Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri ilə məşğul olurlar.

3 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 5 may 1818-ci ildə Alman filosof, iqtisadçı Karl Marks anadan olub.

2. 5 may 1821-ci ildə Fransız imperator Napoleon Bonapart vəfat edib.

3. 5 may 1892-ci ildə şair Əhməd Cavad anadan olub.

4. 5 may 1910-cu ildə SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil İsgəndərovun doğum günüdür (1910-1978). Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

5. Azərbaycan mifoloq-türkoloqu, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü Mirəli Seyidov 5 may 1918-ci ildə anadan olub.

6. Azərbaycan leytenantı,Milli Qəhrəman İlham Əliyev 5 may 1961-ci ildə anadan olub.

7. Azərbaycan hərbçisi, Milli Qəhrəman Elşad Yəhyayev 5 may 1966-cı ildə anadan olub.

8. Azərbaycan hərbçisi, Milli Qəhrəman Qasım Rzayev 5 may 1970-ci ildə anadan olub.

9. Azərbaycan hərbçisi, Milli Qəhrəman Pərviz Səmədov 5 may 1970-ci ildə doğulub.(Bizim.Media)

Post navigation

Previous: İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
Next: Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Bölmənin digər xəbərləri

Screenshot_20260810_173149_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Cavidan 10 Avqust, 2026
Screenshot_20260810_164042_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

Cavidan 10 Avqust, 2026
Screenshot_20260810_141358_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

Azərbaycan nefti cüzi bahalaşıb

Cavidan 10 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 911)
  • Dünya (1. 004)
  • Gündəm (3. 258)
  • İdman (214)
  • İqtisadiyyat (150)
  • Kateqoriyasızlar (188)
  • Kriminal (265)
  • Mədəniyyət (93)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb Screenshot 2026-08-11 120649 1
  • Kriminal

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

11 Avqust, 2026
Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər Screenshot 2026-08-11 112404 2
  • Dünya

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

11 Avqust, 2026
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib Screenshot 2026-08-11 105322 3
  • Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

11 Avqust, 2026
Azərbaycan neftinin qiyməti 95 dolları keçib Screenshot 2026-08-11 092357 4
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

11 Avqust, 2026
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb Screenshot_20260810_181347_com_android_chrome_ChromeTabbedActivity 5
  • Cəmiyyət

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

10 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2911) Dünya (1004) Gündəm (3258) Kateqoriyasızlar (188) Kriminal (265) Mədəniyyət (93) Siyasət (395) Texnologiya (15) İdman (214) İqtisadiyyat (150)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.