Skip to content
20 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 260)
  • Dünya (3. 331)
  • Gündəm (11. 621)
  • İdman (641)
  • İqtisadiyyat (588)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 372)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 982)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib

Aparıcı video platforma olan TikTok Azərbaycanda icmanın təhlükəsizliyini prioritet olaraq qorumağa davam edir. Yaradıcılıq üçün rahat mühit yaratmaq
Cavidan 20 Aprel, 2026

Aparıcı video platforma olan TikTok Azərbaycanda icmanın təhlükəsizliyini prioritet olaraq qorumağa davam edir. Yaradıcılıq üçün rahat mühit yaratmaq məqsədilə platforma innovativ texnologiyalardan istifadə edir, dünya üzrə on minlərlə mütəxəssisi cəlb edir, alət və resurslarını davamlı olaraq təkmilləşdirir.

Bu səylər çərçivəsində TikTok Azərbaycan dilində yeni Etibar və Təhlükəsizlik Mərkəzini istifadəyə verib. Bu mərkəz İcma Qaydalarını, Şəffaflıq Mərkəzini və faydalı məlumat resurslarını vahid bir strukturda birləşdirir. Bu da istifadəçilərə zəruri məlumatları daha sürətli və rahat şəkildə tapmağa imkan verir, şirkətin etibar və təhlükəsizlik məsələlərinə sadiqliyini nümayiş etdirir.

Xüsusilə, Şəffaflıq Mərkəzi platforma qaydalarının tətbiqi ilə bağlı məlumatlara açıq çıxış təmin edir. Buraya silinmiş kontent barədə məlumatlar da daxildir və bu məlumatlar TikTok-un rüblük hesabatlarında mütəmadi olaraq dərc edilir.

TikTok platforması 2025‑ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib.

2025-ci ilin yekunlarına görə, TikTok Azərbaycanda əvvəlki illə müqayisədə daha çox kontenti silib:

İcma Qaydalarının pozulması səbəbi ilə 3,6 milyondan çox video silinib (2024-cü ildə təxminən 3,1 milyon kontent vahidi silinmişdi).
Videoların 99,3%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib (2024-cü ildə bu göstərici 97% təşkil edirdi).
Videoların 96,3%-i dərc edildikdən sonraki 24 saat ərzində silinib (2024-cü ildə bu göstərici 94% idi).

Platforma dünya üzrə nə qədər kontenti silib

2025-ci ilin yekunlarına görə, dünya üzrə:

İcma Qaydalarının pozulması səbəbi ilə 780 milyondan çox video silinib
Videoların 99,1%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib
Videoların 94,2%-i dərc edildikdən sonraki 24 saat ərzində silinib

Gənc istifadəçilərin təhlükəsizliyi

TikTok platforması yalnız 13 yaşına çatmış istifadəçilər üçün nəzərdə tutulub və platformanın moderator komandası bu yaş həddinə çatmamış istifadəçilərə aid hesabları müəyyən edib silir. Beləliklə, 2025-ci il ərzində dünya üzrə 13 yaşından kiçik istifadəçilərə aid təxminən 93,5 milyon hesab silinib.

Canlı yayımların təhlükəsizliyi

2025-ci ildə platforma TikTok LIVE populyar canlı yayımları çərçivəsində icma təhlükəsizliyinə xüsusi diqqət yetirib. TikTok-da qeyd ediblər ki, dayandırılmış canlı yayımların sayı əhəmiyyətli dərəcədə artıb və müəlliflərə qarşı tədbirlər, o cümlədən monetizasiyanın dayandırılması və xəbərdarlıqlar tətbiq olunub.

2025-ci il ərzində dünya üzrə təxminən 131 milyon canlı yayım İcma Qaydalarının pozulması səbəbi ilə bloklanıb. 2025-ci ilin ikinci rübündən etibarən TikTok canlı yayımlarda monetizasiya qaydalarının tətbiqi ilə bağlı məlumatları açıqlamağa başlayıb. Bu tədbirlər pozulan kontentin monetizasiyasının qarşısını almağa yönəlib. Əvvəlcə müəlliflərə xəbərdarlıqlar göndərilir ki, onların kontentinin qaydalara uyğun olmaya biləcəyini başa düşsünlər və dəyişiklik etməyə imkanları olsun. Əgər pozuntular davam edirsə, TikTok müəllifin canlı yayımlarda monetizasiya funksiyasına çıxışını məhdudlaşdıra bilər. Beləliklə, 2025-ci ilin üç rübü ərzində dünya üzrə təxminən 24 milyon canlı yayıma və 12,5 milyon müəllifə xəbərdarlıqlar və monetizasiyanın dayandırılması daxil olmaqla tədbirlər tətbiq olunub.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.(Apa)

Continue Reading

Previous: Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında

Bölmənin digər xəbərləri

Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında
  • Kateqoriyasızlar

Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında

16 Aprel, 2026
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
  • Kateqoriyasızlar

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

14 Aprel, 2026
Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar
  • Kateqoriyasızlar

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar

11 Aprel, 2026

Top 7 Xəbər

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb – FOTO 1

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb – FOTO

20 Aprel, 2026
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib 2

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

20 Aprel, 2026
“Reuters”: Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək 3

“Reuters”: Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək

20 Aprel, 2026
Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək 4

Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək

20 Aprel, 2026
Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib 5

Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

20 Aprel, 2026
DYP hava ilə bağlı müraciət edib 6

DYP hava ilə bağlı müraciət edib

20 Aprel, 2026
TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib 7

TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib

20 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 260)
  • Dünya (3. 331)
  • Gündəm (11. 621)
  • İdman (641)
  • İqtisadiyyat (588)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 372)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 982)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9260) Dünya (3331) Gündəm (11621) Kateqoriyasızlar (483) Kriminal (1372) Mədəniyyət (346) Siyasət (2982) Texnologiya (14) İdman (641) İqtisadiyyat (588)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb – FOTO 20 Aprel, 2026
  • Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib 20 Aprel, 2026
  • “Reuters”: Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək 20 Aprel, 2026
  • Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək 20 Aprel, 2026
  • Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib 20 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.