İran boş vədlər qarşılığında Hörmüz boğazını açmayacaq.
Bunu anonim iranlı rəsmi “Reuters“ə deyib.
Mənbə bildirib ki, hazırda İranın tam təslim olmağa çağıran Vaşinqtonla heç bir dialoq aparılmır.
İranlı rəsmi ABŞ-ın ölkənin elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, Səudiyyə Ərəbistanının qaranlığa bürünəcəyini bildirib.
“Əgər vəziyyət nəzarətdən çıxsa, İran həm də Bab əl-Məndəb boğazını bağlayacaq”, – anonim rəsmi vurğulayıb.
