Skip to content
19 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Mübariz Rüstəmov: Cənab Prezident, Dünyamin Mustafayevin qanunazidd əməllərinin cəzasız qalmasına yol verilir
  • Kateqoriyasızlar

Mübariz Rüstəmov: Cənab Prezident, Dünyamin Mustafayevin qanunazidd əməllərinin cəzasız qalmasına yol verilir

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ Cənab İlham Əliyevə ŞİKAYƏT ƏRİZƏSİ Mən, Rüstəmov Mübariz, Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizə son dərəcə
Cavidan 13 Yanvar, 2026
WhatsApp Image 2026-01-16 at 16.30.45

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

Cənab İlham Əliyevə

ŞİKAYƏT ƏRİZƏSİ

Mən, Rüstəmov Mübariz, Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizə son dərəcə ciddi narahatlıq, narazılıq və haqsızlığa məruz qalmış bir şəxs kimi müraciət edirəm.

31.12.2025-ci il tarixində, saat 23:57 radələrində Dünyamin Hikmət oğlu Mustafayev adlı şəxs tərəfindən sosial şəbəkə üzərindən yayımlanan video vasitəsilə açıq və kobud formada təhqir olunmuş, ünvanıma nalayiq söyüşlər və ləyaqətimi alçaldan ifadələr işlədilmişdir. Bununla yanaşı, həmin şəxs çalışdığım şirkətin digər sürücü əməkdaşlarına açıq çağırış edərək mənə zəng etmələrini və nalayiq ifadələrlə təhqir etmələrini təşviq etmişdir. Bu fakt bir neçə şəxsin mənə etdiyi zənglərlə təsdiqlənmişdir.

Bu əməllər:
• Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit olunmuş şərəf və ləyaqətin müdafiəsi hüququnun kobud şəkildə pozulmasıdır;
• Konstitusiyanın 47-ci maddəsində göstərilən fikir və söz azadlığının açıq-aşkar sui-istifadəsidir;
• Cinayət Məcəlləsinin 148-ci maddəsinin (təhqir) mahiyyətinə tam uyğun gələn qanunazidd əməldir.

Qeyri-iş günləri başa çatan kimi, 07.01.2026-cı il tarixində Nərimanov rayon məhkəməsinə qanunvericiliyə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət etmişəm. Məhkəmə iclası hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilmişdir.

Məhkəmə iclasında cavabdeh Dünyamin Mustafayev:
• təhqir faktını açıq şəkildə inkar etməmiş,
• lakin törətdiyi əməli hüquqi cəhətdən əsaslandırmaq əvəzinə, “şirkətlə bağlı səbəblərim var, fəaliyyətimi məhdudlaşdırıblar” kimi tamamilə subyektiv, sübutsuz və hüquqi əhəmiyyəti olmayan bəyanatlar səsləndirmişdir.

Qanunvericiliyə əsasən:
• heç bir iş mübahisəsi, narazılıq və ya şəxsi iddia insanın açıq şəkildə təhqir edilməsinə bəraət qazandıra bilməz;
• bu cür “səbəblər” Cinayət Məcəlləsində nə məsuliyyəti istisna edən, nə də yüngülləşdirən hal kimi nəzərdə tutulmamışdır.

Buna baxmayaraq, məhkəmə:
• açıq təhqir faktına,
• cavabdehin faktiki etiraf xarakterli izahatlarına,
• hadisənin ictimai xarakter daşımasına
lazımi hüquqi qiymət vermədən iddiamı əsassız şəkildə rədd etmişdir.

Bu qərar:
• Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun faktiki olaraq pozulmasıdır;
• ədalətli məhkəmə araşdırması prinsipinə ziddir;
• vətəndaşın şərəf və ləyaqətinin məhkəmə tərəfindən müdafiəsiz buraxılması deməkdir.

Cənab Prezident,

Sizin dəfələrlə vurğuladığınız kimi, Azərbaycan dövləti hüquqi dövlətdir və vətəndaşın hüquqları ali dəyər sayılır. Lakin konkret bu iş üzrə verilmiş məhkəmə qərarı göstərir ki, bəzən aşağı instansiya məhkəmələrində qanunun ruhu deyil, formal yanaşma üstün tutulur, açıq haqsızlıqlar isə nəticəsiz qalır.

Mən bir vətəndaş olaraq:
• açıq və sübutlu şəkildə təhqir olunmuşam,
• məhkəməyə müraciət etmişəm,
• lakin ədalət tapa bilməmişəm.

Bu hal təkcə mənim şəxsi problemim deyil, məhkəmə ədalətinə olan ictimai etimad üçün təhlükəli presedentdir.

Sizdən xahiş edirəm:
• bu iş üzrə verilmiş məhkəmə qərarına obyektiv hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göstəriş verilsin;
• vətəndaşın şərəf və ləyaqətinin açıq şəkildə pozulduğu hallarda məhkəmələrin biganə mövqe tutmasının qarşısı alınsın;
• Dünyamin Mustafayevin qanunazidd əməllərinin cəzasız qalmasına yol verilməsin.

Bu müraciəti edərkən məqsədim yalnız öz hüquqlarımın bərpası deyil, ölkədə ədalət və qanunun aliliyinə olan inamın qorunmasıdır.

Xalqxeber.az

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Universitet müəllimi vəfat etdi
Sonrakı: Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb

Bölmənin digər xəbərləri

6afd4c2 vvdd5cd1
  • Kateqoriyasızlar

Bu il peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib

Cavidan 18 Noyabr, 2026
1794816749_94160811_0_8 v5814b6b4a3282e20340d4b
  • Kateqoriyasızlar

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ

Cavidan 16 Noyabr, 2026
1794656908 v9_1200x630
  • Kateqoriyasızlar

ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol…

Cavidan 14 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Google Google Maps informasiya təhlükəsizliyi innovasiya kibertəhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 468)
  • Dünya (1. 137)
  • Gündəm (3. 533)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (255)
  • Kriminal (315)
  • Mədəniyyət (99)
  • Siyasət (452)
  • Texnologiya (74)

Xəbər Trendi

DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib 88f36288- V3a8ff7_1200 1
  • Cəmiyyət

DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib

18 Noyabr, 2026
Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb 99f74779-d V3e646536_1200 2
  • Cəmiyyət

Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb

18 Noyabr, 2026
Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib 54420d05-42 Vb14b_1200 3
  • Cəmiyyət

Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib

18 Noyabr, 2026
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir 6afd8 bafd8b84ec47f 4
  • Dünya

İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir

18 Noyabr, 2026
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb – FƏRMAN aEv55kGBNVdCuH vpUSmYO5i_1200 5
  • Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb – FƏRMAN

18 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3468) Dünya (1137) Gündəm (3533) Kateqoriyasızlar (255) Kriminal (315) Mədəniyyət (99) Siyasət (452) Texnologiya (74) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 1
  • 44
  • 39
  • 17. 516

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.