Skip to content
3 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 240)
  • Gündəm (11. 324)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Bakının mərkəzində yağış suları ilə bağlı problemlərin həlli üçün yeni sistemlər qurulacaq

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır. Bunu
Cavidan 12 Yanvar, 2026

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.

O qeyd edib ki, Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikintisi nəzərdə tutulur: “Bu çərçivədə ilk mərhələdə həmin layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanacaq, daha sonra isə icrasına başlanılacaq. Bu tədbirlər şəhər mərkəzində yaranan əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək”.

ADSEA sədri xatırladıb ki, 2025-ci ilin aprel ayında Bakıda son 60 ildə müşahidə olunmayan intensivlikdə yağışlar yağıb.

Onun sözlərinə görə, 100 ildə və ya 1000 ildə bir baş verə biləcək leysan yağışlarını hər hansı bir infrastruktur sisteminin tam şəkildə qarşılaya bilməsi mümkün deyil: “Bununla belə, normalara uyğun və normadan bir qədər artıq yağıntıları idarə edə bilmək üçün yeni sistemlərin qurulması zəruri hesab olunur. Hazırda bu küçələrin siyahısı mövcuddur və proses mərhələli şəkildə təkmilləşdirilərək daha uyğun ərazilərdə davam etdiriləcək”.

Z. Mikayılov vurğulayıb ki, tikinti və layihələndirmə işləri ilə yanaşı, yağış və su sistemlərinin düzgün uçotunun aparılması və rəqəmsallaşdırılması da prioritetdir.

Onun sözlərinə görə, sistemlər genişləndikcə insan resursları ilə tam nəzarət mümkün olmayacaq və bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və yağış suları sistemlərində proqram təminatları, yeni SCADA sistemləri və IoT (internet texnologiyaları) əsasında nəzarət mexanizmləri tətbiq olunacaq.

ADSEA sədri bildirib ki, bu texnologiyalar hesabına uçot sistemi elektronlaşdırılacaq, insan amilinin rolu minimuma endiriləcək, suyun keyfiyyət göstəriciləri isə onlayn rejimdə monitorinq olunacaq:

“Bununla sızmalar və su itkiləri operativ şəkildə aşkarlanaraq vaxtında müdaxilə ediləcək. Paralel olaraq istismar qurumlarının maddi-texniki bazası gücləndiriləcək ki, qəza və nasazlıqlara operativ reaksiya vermək mümkün olsun”.

Continue Reading

Previous: Prezident: Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır
Next: Mübariz Rüstəmov: Cənab Prezident, Dünyamin Mustafayevin qanunazidd əməllərinin cəzasız qalmasına yol verilir

Bölmənin digər xəbərləri

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub
  • Kateqoriyasızlar

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

3 Mart, 2026
Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq
  • Kateqoriyasızlar

Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq

26 Fevral, 2026
MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib
  • Kateqoriyasızlar

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib

23 Fevral, 2026

Top 7 Xəbər

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir 1

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

3 Mart, 2026
İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib 2

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

3 Mart, 2026
İran Oman sahillərində tankerə hücum edib, ölən var 3

İran Oman sahillərində tankerə hücum edib, ölən var

3 Mart, 2026
ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb 4

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb

3 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib 5

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

3 Mart, 2026
İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub 6

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

3 Mart, 2026
Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir 7

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

3 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 240)
  • Gündəm (11. 324)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9023) Dünya (3240) Gündəm (11324) Kateqoriyasızlar (467) Kriminal (1343) Mədəniyyət (338) Siyasət (2959) Texnologiya (14) İdman (632) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir 3 Mart, 2026
  • İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib 3 Mart, 2026
  • İran Oman sahillərində tankerə hücum edib, ölən var 3 Mart, 2026
  • ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb 3 Mart, 2026
  • Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib 3 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.