Skip to content
3 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 022)
  • Dünya (3. 238)
  • Gündəm (11. 319)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (466)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 957)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

BP “Şahdəniz” yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb

Böyük Britaniyanın BP şirkəti “Şahdəniz” yatağında 2026-2035-ci illəri əhatə edən uzunmüddətli seysmik tədqiqat proqramını həyata keçirmək niyyətindədir. “Report”un
Cavidan 29 Dekabr, 2025

Böyük Britaniyanın BP şirkəti “Şahdəniz” yatağında 2026-2035-ci illəri əhatə edən uzunmüddətli seysmik tədqiqat proqramını həyata keçirmək niyyətindədir.

“Report”un “BP-Azerbaijan”a istinadən verdiyi məlumata görə, yatağın müqavilə ərazisində seysmik işlərin başlanması 2026-cı ilin dördüncü rübünə planlaşdırılıb.

Tədqiqatlar “Əşrəfi-Dan Ulduzu-Aypara” (ADUA) perspektiv strukturlar blokunda seysmik kəşfiyyat sahəsindən təxminən 80 km cənub-cənub-qərbdə yerləşən “Şahdəniz” müqavilə ərazisində həyata keçiriləcək. Bu zaman “Şahdəniz”də işlər ADUA blokunda planlaşdırılan 2D seysmik kəşfiyyat və “Qarabağ” yatağında seysmik tədqiqatlarla eyni vaxtda aparılmayacaq.

Qeyd edək ki, ADUA layihəsi üzrə seysmik tədqiqatlar proqramı ikiböyutlu yüksək həll (HR) seysmik kəşfiyyatın aparılmasını nəzərdə tutur. İşlər qısamüddətlidir və 12 saatlıq iş rejimində 20 günədək və ya fasiləsiz iş rejimində 10 günədək davam edəcək.

Seysmik kəşfiyyat ADUA blokunun şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcək və 2026-cı ilin fevral-aprel ayları arasında 20-40 metr su dərinliyində aparılması planlaşdırılır.

BP 2025-ci ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Yatağın seysmik tədqiqat proqramı iki mərhələdən – dəniz dibi qovşaqlarından (“Ocean Bottom Node”, OBN) istifadə edərək seysmik kəşfiyyat, həmçinin yüksək (HR) və ultra yüksək (UHR) həlletmə qabiliyyətli seysmik çəkilişdən ibarətdir. Birinci mərhələ üzrə işlərin müddəti 3,5 ayadək təşkil edir. İşlər 140-200 metr dərinlikdə aparılacaq. 45 günə qədər davam edəcək HR/UHR çəkilişi 2026-cı ilin mart-aprel aylarında planlaşdırılıb.

“Şahdəniz” üzrə müqavilədə tərəflərin pay bölgüsü hal-hazırda belədir: BP (operator – 29,99 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NICO (10 %) və “Cənub Qaz Dəhlizi” QSC (16,02 %), MVM (5 %).

Hazırda yataqda qaz və kondensat hasilatı “Mərhələ-1” çərçivəsində “Şahdəniz Alfa” platformasından və “Mərhələ-2” çərçivəsində “Şahdəniz Bravo” platformasından həyata keçirilir. Burada qaz hasilatı 2006-cı ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, BP şirkəti 2025-ci ilin dekabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. Birinci seysmik proqram dekabrda başlayacaq və üç ay yarım müddətdə davam edəcək. Tədqiqat dənizin 140-200 metr dərinliyində aparılacaq.

HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.

Continue Reading

Previous: Türkiyədə Erden Timur da daxil olmaqla 24 nəfər saxlanılıb
Next: Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Bölmənin digər xəbərləri

Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq
  • Kateqoriyasızlar

Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq

26 Fevral, 2026
MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib
  • Kateqoriyasızlar

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib

23 Fevral, 2026
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
  • Kateqoriyasızlar

Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək

23 Fevral, 2026

Top 7 Xəbər

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb 1

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

3 Mart, 2026
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 2

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir

3 Mart, 2026
İsrail Ordusu eyni anda Tehran və Beyruta zərbələr endirir 3

İsrail Ordusu eyni anda Tehran və Beyruta zərbələr endirir

3 Mart, 2026
Pirşağı və Ləhic bağlarında işıq olmayacaq 4

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

3 Mart, 2026
SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına hücum həyata keçirib 5

SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına hücum həyata keçirib

3 Mart, 2026
KİV: ABŞ-ın bütün hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətindədir 6

KİV: ABŞ-ın bütün hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətindədir

2 Mart, 2026
ÜST: Tehranda bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib 7

ÜST: Tehranda bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib

2 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 022)
  • Dünya (3. 238)
  • Gündəm (11. 319)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (466)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 957)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9022) Dünya (3238) Gündəm (11319) Kateqoriyasızlar (466) Kriminal (1343) Mədəniyyət (338) Siyasət (2957) Texnologiya (14) İdman (632) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb 3 Mart, 2026
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 3 Mart, 2026
  • İsrail Ordusu eyni anda Tehran və Beyruta zərbələr endirir 3 Mart, 2026
  • Pirşağı və Ləhic bağlarında işıq olmayacaq 3 Mart, 2026
  • SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına hücum həyata keçirib 3 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.