Skip to content
16 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsü irəli sürüb
  • Kateqoriyasızlar

Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsü irəli sürüb

Cavidan 15 Dekabr, 2025
693fefa220103693fefa2201041765797794693fefa220101693fefa220102

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmişdir.

Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layih[center][img]https://azadmedia.az/uploads/posts/2025-12/1765798623_693fefa220103693fefa2201041765797794693fefa220101693fefa220102.jpg[/img][/center]

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.əyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Vahid Axundov vəfat etdi – Prezident nekroloq imzaladı
Sonrakı: Amnistiyanın kimlərə şamil olunacağı məlum olub

Bölmənin digər xəbərləri

1794816749_94160811_0_8 v5814b6b4a3282e20340d4b
  • Kateqoriyasızlar

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ

Cavidan 16 Noyabr, 2026
1794656908 v9_1200x630
  • Kateqoriyasızlar

ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol…

Cavidan 14 Noyabr, 2026
  • Kateqoriyasızlar

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub

Cavidan 12 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Qualcomm Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar Snapdragon spacex Starlink startap Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 446)
  • Dünya (1. 129)
  • Gündəm (3. 526)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (254)
  • Kriminal (314)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (68)

Xəbər Trendi

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ 1794816749_94160811_0_8 v5814b6b4a3282e20340d4b 1
  • Kateqoriyasızlar

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ

16 Noyabr, 2026
Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər 1794 v) 2
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

16 Noyabr, 2026
Daha bir vəkil həbs edildi – FOTO B 3
  • Gündəm

Daha bir vəkil həbs edildi – FOTO

16 Noyabr, 2026
Bakıda güclü külək 32 ağacı sındırıb 4
  • Cəmiyyət

Bakıda güclü külək 32 ağacı sındırıb

16 Noyabr, 2026
UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq 1026d687-05c4- vf_1200 5
  • İdman

UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq

16 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3446) Dünya (1129) Gündəm (3526) Kateqoriyasızlar (254) Kriminal (314) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (68) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 0
  • 490
  • 439
  • 16. 767

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.