Skip to content
12 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Şüvəlanda yeni ictimai çimərliklər yaradıldı
  • Kateqoriyasızlar

Şüvəlanda yeni ictimai çimərliklər yaradıldı

Cavidan 30 Avqust, 2025
cimerlik vfvf 520

Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaradılmış yeni ictimai çimərlikləri təqdim edib. 

Onlar mövsümün əvvəlindən quruma daxil olmuş çoxsaylı müraciətlərdən sonra təşkil edilib.

Monitorinqlər zamanı bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyətin, infrastrukturun, təmizlik qaydalarına əməl olunmasının və tullantıların idarə edilməsinin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, Şüvəlanda 3 çimərlikdə ödənişsiz ictimai məkanlar yaradılıb. Pilot layihə 15,3 hektar sahəni əhatə edir.

Burada taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaq əyləncə zonaları, söhbətgahlar, günəşdən mühafizə çətirləri və digər zəruri avadanlıqlar quraşdırılıb.

Yay mövsümü Azərbaycanda daxili və gəlmə turizmin ən yüksək aktivlik dövrü hesab olunur. Bu müddətdə ölkəyə gələn əcnəbi turistlərin 32 %-i məhz yay aylarında səyahət edir. Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropadan gələn turistlərin sayı üstünlük təşkil edir. MDB ölkələrindən gələnlər arasında isə çimərlik turizminə maraq daha çox müşahidə olunur.

Son illərin göstəricilərinə əsasən, yerli turistlərin il ərzində həyata keçirdiyi 20 milyondan çox səfərin 40 %-i yay aylarının payına düşür. Bu dövrdə həm regionlara səfərlərin sayında artım qeydə alınır, həm də regionlardan Bakıya, xüsusilə çimərliklərə gediş-gəliş intensivləşir.

Hazırda ölkə üzrə 200-dən çox çimərlik fəaliyyət göstərir. Onların 80 %-i Bakı və Abşeron yarımadasında yerləşir. Bu ərazidə ümumilikdə 17 çimərlik zonası mövcuddur.

Post navigation

Previous: Ermənistanda sərhədyanı yolun yenidənqurulması məqsədilə partlayış həyata keçiriləcək
Next: Şahin Bağırov rəisi işdən çıxardı

Bölmənin digər xəbərləri

Снимок экрана 2026-09-11 165217
  • Kateqoriyasızlar

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Cavidan 11 Sentyabr, 2026
T7Jrwx91Q6C6tpv
  • Kateqoriyasızlar

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Cavidan 11 Sentyabr, 2026
  • Kateqoriyasızlar

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Cavidan 10 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 117)
  • Dünya (1. 058)
  • Gündəm (3. 368)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (285)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal 1789193956_1547401_a48442732857a67f 1
  • Cəmiyyət

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

12 Sentyabr, 2026
Bakıda avtomobil qadını vuraraq öldürüb 1789162897_5v 2
  • Kriminal

Bakıda avtomobil qadını vuraraq öldürüb

12 Sentyabr, 2026
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq 6f1cddc5-a1ae-355c-a8e b c 3
  • Dünya

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

12 Sentyabr, 2026
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək Снимок экрана 2026-09-11 180315 4
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

11 Sentyabr, 2026
Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam ferid V 5
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

11 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3117) Dünya (1058) Gündəm (3368) Kateqoriyasızlar (211) Kriminal (285) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.