Skip to content
22 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür
  • Kateqoriyasızlar

Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür

Cavidan 19 May, 2025
f08630eb-c49b-33a3-b8c6-24e9565611c6_850

Qudyalçay üzərindəki körpünün yararsız vəziyyətə düşməsi 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

“Report”un Şimal bürosunun məlumatına görə, yağıntılı hava şəraiti ilə əlaqədar Qudyalçayda suyun səviyyəsinin qalxması Xaçmazın Xaspoladoba kəndində bir neçə yaşayış evi üçün ciddi təhlükə yaradıb.

Sel sularının artması nəticəsində evləri qəzalı vəziyyətə düşən kənd sakinlərinin sözlərinə görə, yerli qurumlar tərəfindən çadırlarla təmin olunublar, çıxara bildikləri ev əşyalarını isə qohumlarının evlərinə daşıyıblar.

Evi qəzalı vəziyyətə düşən Valeh Babayev deyib ki, əvvəlki yaşayışlarına qayıtmaq üçün onlara kifayət qədər vaxt və maddi vəsait lazım olacaq:

“Evi artıq təzədən tikməliyik. Sel evin altını, bünövrəsini yuyub aparıb, dam örtüyü də sınıq-sınıq olub. Evin divarları çat verib. İndi qapısı olmayan, kilidi işləməyən çadırda qalırıq. Məktəbli uşaqlarımla soyuq çadırda gecələməli oluruq. Köməyə ehtiyacımız var”.

Kənd sakini Fikrət Əliyev də seldən zərər çəkən sakinlərdəndir. Dediyinə görə, evinin əşyalarını qohumunun kirayə qaldığı evə yerləşdirib:

“Sel suları bağçamıza, evimizin içinə doldu. Evin divarları çatlayıb, qapını sel aparıb. Hər yeri su basıb, çölə çıxa bilmirik. Heç olmasa, hərəkət etməyimizə imkan yaradılsın”.

Bundan başqa, Xaspoladoba kəndi ərazisindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Qaracəlli, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba kəndlərinin sakinləri rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə etməli olurlar.

Kənd sakini Sabir Əmrahov bildirib ki, körpüdən istifadənin mümkün olmaması təsərrüfat işlərinə mənfi təsir göstərir:

“Körpünün qəzalı vəziyyətə düşməsi işimizi çox çətinləşdirib. Təsərrüfat mövsümüdür, əkin-biçinimiz var. Traktoru, kombaynı sahələrə necə keçirək? Uşaqlarmız məktəbə bu körpüdən keçərək gedirdilər. Bu şəraitdə iki kilometr yolu getməkdən ötrü on beş kilometr məsafə qət etməyə məcbur oluruq”.

Bəhs olunan məsələ ilə bağlı Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu “Report”un yerli bürosuna bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılır:

“Ümumilikdə rayonun 6 inzibati ərazi vahidliyində 365 hektar kənd təsərrüfatlı torpaqlarını sel suları basıb.

Eyni zamanda, sel sularından zərər çəkmiş 98 ev və həyətyanı sahələrə də baxış keçirilib. Körpülərə gəldikdə isə hərəkət təhlükəsizlik baxımından müvəqqəti olaraq məhdudlaşdırılıb.

Fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah Şirvan və Hacıqabulda qaz olmayacaq
Sonrakı: Emin Əmrullayev Londonda keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir

Bölmənin digər xəbərləri

yyVUZykeN2XWtjMfLb
  • Kateqoriyasızlar

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

Cavidan 21 Oktyabr, 2026
Ekran şəkli 2026-10-21 121006
  • Kateqoriyasızlar

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

Cavidan 21 Oktyabr, 2026
4a7984d6-93 v
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Cavidan 20 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Aktiv yaddaş Android Anime ani çap AnTuTu Apple AzInTelecom Bank infrastrukturu bazar Bee Birbank Business Counterpoint Research Edgerunners fotoaparat Fujifilm geympad Instax Square 2 iPad Pro iPhone 18 Pro JBOD Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Oyunlar Planşetlər Pul köçürmələri QNAP Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 326)
  • Dünya (1. 089)
  • Gündəm (3. 471)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (443)
  • Texnologiya (23)

Xəbər Trendi

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib elcin-yusubov 1
  • Gündəm

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

22 Oktyabr, 2026
Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib 6ad9c0ab5827f6ad9c0ab58 v 2
  • Cəmiyyət

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

22 Oktyabr, 2026
“The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır 54420d05-4262-39B 3
  • Dünya

“The New York Times”: ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

22 Oktyabr, 2026
Azərbaycan nefti cüzi bahalaşıb vEnm8lZkg2JMZ8K8128c6q v 4
  • Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

22 Oktyabr, 2026
Sürücülük imtahanları sərtləşdirilir? – Hər söz və hərəkət qeydə alına bilər 1792589081b 5
  • Cəmiyyət

Sürücülük imtahanları sərtləşdirilir? – Hər söz və hərəkət qeydə alına bilər

22 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3326) Dünya (1089) Gündəm (3471) Kateqoriyasızlar (241) Kriminal (302) Mədəniyyət (97) Siyasət (443) Texnologiya (23) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 3
  • 551
  • 360
  • 5. 739

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.