Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • MEDİA​​​​ müsabiqə elan etdi: Qəzetlərə maliyyə yardımı üçün
  • Kateqoriyasızlar

MEDİA​​​​ müsabiqə elan etdi: Qəzetlərə maliyyə yardımı üçün

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək layihəsi elan edib. Agentlikdən Addim.az-a verilən məlumata görə, müsabiqə ictimai-siyasi
Cavidan 25 Dekabr, 2021
qezet_0045

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək layihəsi elan edib.

Agentlikdən Addim.az-a verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.

Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:

– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

– redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.

– Qəzetin müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrəsi müsabiqəyə təqdim edilməlidir.

Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə bilərsiniz.

Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin “.pdf” yaxud “.jpeg” versiyasının (skan edilmiş surəti və ya fotoşəkli) “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

Qiymətləndirmə

Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Maliyyə yardımının göstərilməsi:

– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;

– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.

Maliyyə yardımından istifadə:

Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Maliyyə yardımına əlavə:

Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;

Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.

Müraciətlərin qəbulu 07 yanvar 2022-ci il saat 18:00-dək həyata keçirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İstirahət gününün hava proqnozu açıqlandı
Next: Xalq artistinin oğlu vəfat etdi – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 104120
  • Kateqoriyasızlar

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-13 121416
  • Kateqoriyasızlar

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-10 143436
  • Kateqoriyasızlar

Kəlbəcərdə mina partlayışı olub

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 746)
  • Dünya (3. 454)
  • Gündəm (11. 950)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (523)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib Screenshot 2026-07-15 111757 1
  • Cəmiyyət

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

15 İyul, 2026
İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb Screenshot 2026-07-15 110742 2
  • Cəmiyyət

İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb

15 İyul, 2026
Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-15 104120 3
  • Kateqoriyasızlar

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

15 İyul, 2026
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib Screenshot 2026-07-15 100714 4
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

15 İyul, 2026
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır Screenshot 2026-07-15 094843 5
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9746) Dünya (3454) Gündəm (11950) Kateqoriyasızlar (523) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.