Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Azərbaycan-Suriya əlaqələri üçün yeni dövr – tarixdə yarımçıq qalmış işlərin bərpası – ŞƏRH
  • Kateqoriyasızlar

Azərbaycan-Suriya əlaqələri üçün yeni dövr – tarixdə yarımçıq qalmış işlərin bərpası – ŞƏRH

Suriya Azərbaycan üçün bütün milli-mədəni, tarixi, iqtisadi baxımdan yaxın ölkədir. Hələ vaxtilə Azərbaycanın dahi fikir adamı, şair Nizami
Cavidan 17 Fevral, 2025
3112dc4a-7f88-3b99-a40b-8e1c989d1ddd_850

Suriya Azərbaycan üçün bütün milli-mədəni, tarixi, iqtisadi baxımdan yaxın ölkədir. Hələ vaxtilə Azərbaycanın dahi fikir adamı, şair Nizami Gəncəvi Şam şəhərinin (Dəməşq) adını “Kərpickəsən kişi və gənc” hekayəsində xatırladıb. Bu, Gəncə ilə Şam arasında əlaqələrin olduğunu deməyə əsas verir. Odur ki, Suriya Azərbaycan üçün doğma bir ölkədir.

Yenixeber.org: Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu göndərib. Məktubda bildirilib: “Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Suriyanın bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

“Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır”.

Prezident İlham Əliyev Əhməd əş-Şaraanı Azərbaycana səfərə dəvət edib.

Suriya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin martın 28-də qurulub. Rəsmi Bakı İŞİD terror qruplaşmasının fəaliyyətinə qarşı çıxıb. Sonrakı illərdə, vətəndaş müharibəsi zamanı Bəşşar Əsəd rejimini müdafiə etməyib. Əksinə, münaqişənin dinc yolla həllinin tərəfdarı kimi çıxış edib.

Suriya ilə Azərbaycanı birləşdirən ortaq dəyərlərdən biri türkmənlərdir. Bu ölkənin əsl sakinlərindən olan türkmənlər əsədlər hakimiyyəti illərində də assimilyasiyaya məruz qalıblar.

1967-ci ildə Hafiz Əsədlə İsrail müharibəsi nəticəsində Colan türkləri, yəni türkmənlər öz dədə-baba yurdlarından çıxarılıb. 60 ilə yaxındır iki yüz mindən çox türk yurdlarına qayıdacaqları günü gözləyirlər. Onlar məmlüklərin, atabəylərin və səlcuqların yadigarıdır. Əmir Baybars, Nureddin Zəngi, Məlikşah, Alp Arslan, Atsız Bəy Uvak və başqaları türk dövlətlərinin baniləri olub.

Həmin ərazidə türklərin mədəni, milli izləri məhv edilib. Vaxtilə orada 150 yaşayış məntəqəsi, kənd, qəsəbə, şəhər olub. Ancaq indi bunların heç biri qalmayıb. Türkmənlər oradan Suriyanın içərilərinə köçürülüb. Bir qrupu isə Fələstində, Qəzza zolağında məskunlaşıb. Zolaqda türkmənlərin də olduğu istisna edilmir.

Yeni ərazilərdə isə onlar dil və milli mədəniyyət baxımından assimilyasiyaya, etnik ayrı-seçkiliyə məruz qalıblar.

Suriyada yeni qüvvələrin hakimiyyətə gəlişində türkmənlər də fəal iştirak ediblər. Onlar ölkədə, nəhayət, milli hüquqlarının tanınacağı və bərpa olunacağını istəyirlər. Türkmənlər Suriyada ərəblərdən sonra ikinci böyük icmadır. Bu, həm də o deməkdir ki, onların ana dili ölkədə aparıcı rollardan biri olması daha ədalətli addım sayılardı. Ancaq hələ ki yeni hakimiyyət bu istiqamətdə türkmənlərə söz verməyib.

Onların ikinci bir istəyi isə Əsəd rejimi dövründə baş verən torpaq zəbtlərinə son qoyulması və türkmən icmasına qarşı haqsızlıqların aradan qaldırılmasıdır.

Azərbaycan üçün xarici ölkələrdə türklərin ana dilində təhsil alması prioritet məsələdir. Çünki öz dilində təhsil insan hüquqlarının təmin olunmasının başlıca maddəsidir. Bundan başqa, insan hüquqları heç bir dövlətin daxili işi sayılmır.

Ona görə əsədlər hakimiyyətindən fərqli olaraq, yeni siyasi qüvvələr türkmənlərin bu hüququnu tanıyıb, uyğun addımlar atacağı ehtimalı az deyil.

Azərbaycan üçün türkmənlərin hüquqlarının qorunması da Suriya ilə münasibətlərin inkişafına təkan verər. Hər iki ölkənin karbohidrogen hasilatçısı olması Azərbaycanla Suriyanı yaxınlaşdıran məsələlərdən biridir.

Əsədlərin hakimiyyəti illərində Suriyanın neft və təbii qazını keçmiş SSRİ, sonralar isə Rusiya mənimsəyib. İndi Suriyada vəziyyət dəyişib. Rusiya öz vətəndaşlarının qanını tökən, milyonlarla insanın qaçqın, köçkün vəziyyətinə düşməsinə bais olan Bəşşar Əsədə sığınacaq verməklə bu ölkə ilə münasibətləri də kəsilib. Yeni hakimiyyət Moskvadan B.Əsədin təhvil verilməsini tələb edir.

Azərbaycan mədəni, siyasi, diplomatik məsələlərdə Suriya ilə əməkdaşlıq etməyə üstünlük verdiyi kimi, neft-qaz ölkəsi olaraq bu istiqamətdə də Dəməşqlə münasibətlər qurub, inkişaf etdirə bilər.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Union Energy” şirkəti ilə Aralıq dənizi hövzəsindəki təbii yataqlarından birində, İsrailin “Tamar” layihəsində 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.

Qeyd edək ki, “Tamar” təbii qaz yatağı Aralıq dənizinin İsrail sahillərində yerləşir. O, 2009-cu ildə kəşf edilib. 2013-cü ildən istismar edilən yataqda təxminən 389 milyard kubmetr təbii qaz ehtiyatı var. Layihənin operatoru ABŞ-nin “Chevron” şirkətidir.

Bu, Azərbaycanın regionda karbohidrogen sahəsində də Suriya ilə əməkdaşlıq etmək imkanlarının olduğunu göstərir.

Rəsmi Bakı Suriyadakı hadisələrə birmənalı münasibət göstərib. O, Bəşşar Əsəd rejimini tanımayıb. Ermənistan hakimiyyəti isə Bəşşar Əsəd rejimi ilə əməkdaşlıq edib. Məsələn, 2023-cü il noyabrın 15-də Ermənistan parlamentinin sədr müavini Akop Arşakyanın başçılıq etdiyi nümayəndə heyəti Bəşşar Əsədlə görüşüb.

Sədr müavini görüşdə qeyd etmişdi ki, Suriya ilə əlaqələri inkişaf etdirməyə hazırdırlar. Əsəd isə demişdi: “Ermənistanın problemləri bizə yad deyil. Biz onu problemlərin və çətinliklərin öhdəsindən gəlməkdə dəstəkləyirik”.

ABŞ isə Ermənistan hakimiyyətinin Bəşşar Əsəd rejimi ilə əlaqələrini “diktatora yardım” kimi qiymətləndimişdi.

Bu il yanvarın 27-də Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Dəməşqdə səfərdə olub. Orada Suriyanın xarici işlər naziri Əsəd əl-Şaybani ilə görüşüb və s.

Azərbaycan terrordan əziyyət çəkənlərdən olduğu üçün bu cinayətə qarşı fəal mübarizə aparanlardandır. Şuşa bəyannaməsində də bu istiqamətdə Türkiyə ilə birgə mübarizə öz əksinin tapıb. Bu baxımdan, Azərbaycan terrora qarşı mübarizədə də rəsmi Dəməşqlə əməkdaşlıq edə bilər.

Azərbaycanın Suriya ilə milli-mədəni, siyasi-diplomatik, terrora qarşı birgə mübarizə, karbohidrogen yataqlarının kəşfiyyatı və birgə istismarında da geniş əməkdaşlıq etmək imkanı var. Odur ki, bu respublikada başlayan yeni dövr tarixdə yarımçıq qalmış məsələlərin yenidən canlanmasına yol açacaq.(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident Vyetnamla Anlaşma Memorandumunu təsdiqlədi
Next: Suriyadakı səfirliyimiz fəaliyyətini bərpa etdi – 13 ildən sonra

Bölmənin digər xəbərləri

1782301v
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

Cavidan 24 İyun, 2026
A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 092356
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.