Skip to content
12 Noyabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 386)
  • Dünya (3. 021)
  • Gündəm (10. 485)
  • İdman (582)
  • İqtisadiyyat (548)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 290)
  • Mədəniyyət (320)
  • Siyasət (2. 899)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

İki qanun layihəsi plenar iclasına tövsiyə olundu

Cavidan 16 Yanvar, 2025

Yanvarın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, komitə sədri Polad Bülbüloğlu yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O, iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini söyləyib.

Polad Bülbüloğlu əvvəlcə, Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 8 iclası keçirilib, 10 məsələyə baxılıb. Həmin iclaslarda “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihələri, habelə “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (iki oxunuşda) müzakirə edilib.

Qeyd olunub ki, payız sessiyası ərzində komitənin ünvanına 83 məktub daxil olub və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara 52 məktub göndərilib. Bununla yanaşı, sessiyası dövründə Mədəniyyət komitəsi tərəfindən 47 vətəndaş qəbul edilib. Vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb və lazımi izahatlar verilib.

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, parlamentin digər komitələrindən daxil olmuş layihələrin müzakirəsi, dinləmələrin keçirilməsi, vətəndaşların qəbulu ilə bağlı və digər məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı komitənin sədr müavini Günay Əfəndiyeva, üzvləri Nizami Səfərov, Aqil Abbasov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Sahib Alıyev, Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Müzakirələrdə komitə üzvü Ülviyyə Ağayeva da iştirak edib.

Deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiyası ərzində görülmüş işləri qənaətbəxş sayıblar.

Millət vəkilləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini bölüşüblər, bəzi qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə mədəni irsimizə qarşı törədilən cinayətlərdən bəhs edilib. Azərbaycan Prezidentinin bu məsələyə diqqətlə yanaşdığı və bunu “mədəni soyqırım” kimi dəyərləndirdiyi vurğulanıb. Həmin məsələnin qanunvericilikdə əks olunmasının vacibliyindən söhbət açılıb. Həmçinin xeyriyyəçilik fəaliyyəti ilə bağlı, mədəniyyət sahəsinin inkişafına dair bir sıra təkliflər də verilib. Komitə üzvləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini məqbul hesab ediblər.

İclasda, həmçinin, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Continue Reading

Previous: Öncəki yazı
Next: Nazim Eynallı: “20 Yanvar” Azərbaycan xalqının tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsidir

Bölmənin digər xəbərləri

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SƏRƏNCAM
  • Kateqoriyasızlar

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SƏRƏNCAM

7 Noyabr, 2025
Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
  • Kateqoriyasızlar

Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

6 Noyabr, 2025
Daha bir QHT təmsilçisinin məhkəməsi başlayıb
  • Kateqoriyasızlar

Daha bir QHT təmsilçisinin məhkəməsi başlayıb

23 Oktyabr, 2025

Top 7 Xəbər

Azərbaycanda Dövlət Bayrağı Günüdür 1

Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 Noyabr, 2025
Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq 2

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq

8 Noyabr, 2025
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 3

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

8 Noyabr, 2025
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir – CANLI 4

Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir – CANLI

8 Noyabr, 2025
Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında – FOTOLAR 5

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında – FOTOLAR

8 Noyabr, 2025
Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər – FOTOLAR 6

Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər – FOTOLAR

8 Noyabr, 2025
ABŞ və “C5+1” Orta Dəhlizlə “Tramp Marşrutu”nun əlaqələrini gücləndirir 7

ABŞ və “C5+1” Orta Dəhlizlə “Tramp Marşrutu”nun əlaqələrini gücləndirir

8 Noyabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 386)
  • Dünya (3. 021)
  • Gündəm (10. 485)
  • İdman (582)
  • İqtisadiyyat (548)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 290)
  • Mədəniyyət (320)
  • Siyasət (2. 899)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8386) Dünya (3021) Gündəm (10485) Kateqoriyasızlar (435) Kriminal (1290) Mədəniyyət (320) Siyasət (2899) Texnologiya (14) İdman (582) İqtisadiyyat (548)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda Dövlət Bayrağı Günüdür 9 Noyabr, 2025
  • Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq 8 Noyabr, 2025
  • Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 8 Noyabr, 2025
  • Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir – CANLI 8 Noyabr, 2025
  • Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında – FOTOLAR 8 Noyabr, 2025
© Addim.az | MoreNews by AF themes.