Skip to content
12 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • ABŞ-nin bitməyən separatçı sevgisi – Ermənistan təhlükəli oyun oynayır – ŞƏRH
  • Kateqoriyasızlar

ABŞ-nin bitməyən separatçı sevgisi – Ermənistan təhlükəli oyun oynayır – ŞƏRH

Cavidan 24 Sentyabr, 2024

Qərb, xüsusilə Birləşmiş Ştatlar hər vəchlə Qarabağ məsələsini yenidən gündəmə gətirir, ən təhlükəli ssenarilər və planları reallaşdırmağa çalışır. Ağ Ev ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına dəstək nümayiş etdirməklə yanaşı, separatizm, revanşizm ideyalarının yayılmasına rəvac verir. Ermənistana birtərəfli qaydada yardımlarını artırır, müxtəlif institutlar vasitəsilə möhkəmlənməyə çalışır. Etiraf etmək lazımdır ki, bu istiqamətdə “uğurları” da var. Ermənistan hakimiyyəti bütünlüklə Qərbə istiqamətlənib, anti-Rusiya fəaliyyət pik həddə çatıb.

ABŞ Ermənistanı şirnikləndirmək üçün keçmiş qondarma rejimin tör-töküntülərindən də aktiv istifadə edir. Konqresdə anti-Azərbaycan tədbirləri və konfransları keçirir, bəyanatlar verilir. Separatçı rejimin tör-töküntülərinə sığınacaq verilir, çıxış və görüşlər təşkil edilir. Yeri gəlmişkən, ABŞ Konqresində anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst konqresmen Adam Şiffin təqdim etdiyi növbəti anti-Azərbaycan qanun layihəsi də bu qəbildəndir. Qanun layihəsi həm adı, həm də məzmunu etibarilə təxribat xarakterli və yanlış bir addımdır.

Eləcə də, Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmələrin təşkil olunması da bu çirkin planın tərkib hissəsidir. Erməni lobbisinin sifarişi ilə baş tutan dinləmələrdə çıxış edənlər tərəfindən mövcud olan faktları açıq şəkildə təhrif edərək Azərbaycana qarşı əsassız fikirlər səsləndiriblər. Çıxışçılar da elə-belə seçilməyib. Qarabağda keçmiş separatçı rejimin nümayəndələrinin iştirakı ilə keçirilən dinləmələrdə Azərbaycana qarşı hədyanlar yağdırılıb.

Keçmiş separatçı rejimin nümayəndəsi Qeqam Stepanyan da burada çıxış edənlər arasında olub. Bundan əvvəl Parisdə də analoji şoular təşkil edilib. Hədəfləri də bəllidir. Hesab edirlər ki, Ermənistanı “Qarabağ məsələsində” dəstəkləməklə onlar bir tərəfdən Azərbaycana təzyiq göstərə, Cənubi Qafqazda mövqelərini gücləndirməyə müvəffəq olacaqlar.

Ermənistan da həmişə olduğu kimi, bu təhlükəli planın reallaşması prosesinə qoşulub. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan, eləcə də, xarici işlər naziri Ararat Mirzoyan son vaxtlar ən müxtəlif tribunalardan Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqlarını bildiriblər.

“Ermənistan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır”. Bunu bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan da bəyan edib ki, Azərbaycana sülh sazişinin razılaşdırılmış mətni təklif edilib.

Nəzərə alaq ki, erməni tərəfi dəfələrlə fərqli, sürüşkən mövqeyi ilə seçilib. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın ötən il səsləndirdiyi bəyanatı yada salmaq kifayətdir. O zaman TŞ rəhbəri “Azərbaycanla danışıqlarda belə bir yanaşma var – əgər bütün məsələlərlə bağlı razılıq əldə olunmursa, o zaman heç nə razılaşdırılmayıb”. Erməni tərəfinin bu tip absurd, bir-birinə zidd açıqlamalarına əvvəllər də rast gəlinib.

Bəs indi səslənən açıqlamaların səbəbi nədir? Təbii ki, burada Qərbin məkrli planı gizlənir. Hər vəchlə öz paytaxtlarında, meydançalarında tərəflərin görüşməsinə, ardınca da, Qarabağdan könüllü çıxan ermənilərin geri qaytarılmasına çalışılır. Azərbaycan da İrəvanın və Qərbin planlarını vaxtında anlayıb və fəal addımlar atır. Açıq şəkildə bəyan edib ki, Ermənistan hakimiyyətinin razılaşdırılmamış müddəaları istisna olmaqla, sülh sazişi layihəsinin imzalanması təklifini qəbuledilməz hesab edir. Birmənalı olaraq vurğulanıb ki, Ermənistan mövcud problemləri növbəti mərhələyə buraxmağa çalışır. Yəni, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları varsa, Azərbaycanın ərazi bütövlüyünü necə sənədləşdirə bilər?

Nikol Paşinyan

Qərbin planı bəllidir və onu erməni xalqının gələcək taleyi maraqlandırmır da. Ermənistan sadəcə bütün bunlardan dərs çıxarmalıdır. Anlamalıdır ki, çox təhlükəli oyun oynayır. Bu oyun həm ermənilərin özləri, həm də onların dövlətçiliyi üçün pis nəticələnə bilər. Ermənistan Amerika-Fransa qaydaları ilə nə qədər çox oynayırsa, Qərbi Azərbaycan hökuməti mövzusu bir o qədər aktuallaşır. Ermənistanın ərazilərimizə iddialarının davam etdiyini nəzərə alaraq, Bakı asimmetrik tədbirlər görmək barədə düşünməlidir. ABŞ anlamalıdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir. Sözügedən keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verilməsi və onların tədbirdə iştirakına şərait yaratması isə bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir.(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident: Dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar
Next: “Büdcə gəlirləri 2.2 milyard manat artıb”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 143436
  • Kateqoriyasızlar

Kəlbəcərdə mina partlayışı olub

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-04 083132
  • Kateqoriyasızlar

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-01 091200
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.