Skip to content
30 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 781)
  • Dünya (3. 159)
  • Gündəm (10. 987)
  • İdman (612)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 930)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Cavidan 19 Sentyabr, 2024

[center][img]https://azadmedia.az/uploads/posts/2024-09/1726725219_media-resize-2r381xm09kifhc5yvaot.jpg[/img][/center]
Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür.

Lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.

Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:

  1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
  2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
  3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”.
Dövlət başçısı çıxışında Azərbaycana xor baxanlara və torpağımıza göz dikənlərə də növbəti dəfə xəbərdarlıq etdi: “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olundu.

Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət alıb. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.

Continue Reading

Previous: Azərbaycanda TOYDA QƏTL: kişini döyüb öldürdülər
Next: Prezident Qarabağ Universitetində: tələbələrlə görüş…

Bölmənin digər xəbərləri

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib
  • Kateqoriyasızlar

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

29 Yanvar, 2026
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam
  • Kateqoriyasızlar

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib
  • Kateqoriyasızlar

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib

23 Yanvar, 2026

Top 7 Xəbər

Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb 1

Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb

30 Yanvar, 2026
Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib 2

Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib

30 Yanvar, 2026
Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər 3

Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər

30 Yanvar, 2026
Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib 4

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

30 Yanvar, 2026
Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir 5

Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir

30 Yanvar, 2026
Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb 6

Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb

30 Yanvar, 2026
“Nərgiz” Ticarət Mərkəzində təlim keçirilib – VİDEO 7

“Nərgiz” Ticarət Mərkəzində təlim keçirilib – VİDEO

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 781)
  • Dünya (3. 159)
  • Gündəm (10. 987)
  • İdman (612)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 930)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8781) Dünya (3159) Gündəm (10987) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2930) Texnologiya (14) İdman (612) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb 30 Yanvar, 2026
  • Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib 30 Yanvar, 2026
  • Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər 30 Yanvar, 2026
  • Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib 30 Yanvar, 2026
  • Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.