Skip to content
9 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 403)
  • Dünya (3. 356)
  • Gündəm (11. 733)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 384)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ – TƏHLİL

Cavidan 17 May, 2024

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 16-da Türkiyəyə rəsmi səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra tərəflər mətbuat konfransı zamanı liderlər birgə bəyanatlarla çıxış ediblər. Mediada yer alan xəbərlərə görə, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

R.T.Ərdoğan da mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.

Kobaxidze isə öz növbəsində Bakı və İrəvanın sonda sülh razılaşmasına nail olacağına inandığını deyib:

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq”.

Həm Ankara, həm də Tbilisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında birbaşa maraqlı olan aktorlardır. Çünki bu dövlətlərin ikisi də region ölkəsidir. Odur ki, bölgədə sabitliyin və əməkdaşlıq mühitinin təmin olunması həm Türkiyənin, həm də Gürcüstanın maraqlarına uyğundur.

Əslində Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. Çünki region üçün prioritet hesab olunan bu prosesin reallaşmasına mane olan əsas əngəllər artıq aradan qalxıb: Azərbaycan ərazi bütövlüyünü təmin edib, sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlayıb. Üstəgəl, birbaşa təmaslar güclənib. Bu isə öz-özlüyündə regionda “suları bulandırmaq” niyyətində olan üçüncü qüvvələrin, xüsusilə ABŞ və Fransanın proseslərə müdaxilə imkanının qarşısını alır.

Təsadüfi deyil ki, artıq regional ölkələr, o cümlədən Ankara və Tbilisi də sülhlə bağlı müsbət, ümidli düşünür.

R.T.Ərdoğanın dediyi kimi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, doğrudan da, tarixi fürsət olacaq. Bu, bölgədə 3+3 (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan) platformasının formalaşması, həmçinin region ölkələrinin əməkdaşlığı üçün imkan yaradacaq. Beləliklə, həm də kənar oyunçuların bölgəyə müdaxiləsinin qarşısı alınacaq.

Ermənistanın Azərbaycanın şərtlərinə uyğun olaraq sülh sazişini imzalaması həm də bu dövlətin Türkiyə ilə münasibətlərinə təsir edəcək. Beləliklə, perspektivdə rəsmi İrəvan üçün yeni təhlükəsizlik çətiri formalaşa bilər. Fikrimizcə, hazırda Qərb və Rusiya arasında sıxılan mövcud Ermənistan hakimiyyəti bunu nəzərə almalıdır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyə qədər Gürcüstan da maraqlıdır. Çünki Gürcüstan hər iki ölkə ilə qonşudur. Həmçinin Tbilisinin həm Bakı, həm də İrəvanla normal, bərabər səviyyəli münasibətləri var. Belə bir situasiyada Azərbaycan və Ermənistan arasında gərginlik Gürcüstanın milli maraqlarına uyğun deyil. Üstəgəl, Gürcüstan başa düşür ki, iki qonşusu arasında münasibətlərin normallaşması və yekun sülh sazişi bütün regionun, o cümlədən onun özünün xeyrinədir. Çünki münasibətlərin normallaşması, regional əməkdaşlıq mühitinin təmin olunması həm də bölgənin iqtisadi rifahına səbəb olacaq.

Təsadüfi deyil ki, İ.Kobaxidze çıxışı zamanı üçtərəfli əlaqələrin inkişafına da toxunub. O, söyləyib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı, həqiqətən, vacibdir.

Əlbəttə, bu əməkdaşlıq təkcə siyasi yox, həm də iqtisadi, enerji, təhlükəsizlik və hərbi sahədə əlaqələri nəzərdə tutur.

Üçtərəfli əlaqələrin inkişafı gələcəkdə Gürcüstan və Rusiya arasında problemlərin həllinə, “buzların əriməsi”nə də səbəb olar. Bakı və Ankara Tbilisi ilə Ankara arasında uğurlu vasitəçilik edə bilər.

Beləliklə, Türkiyə və Gürcüstan liderləri regionla bağlı mühüm mesajlar verdilər. Bu ismarışlar, şübhəsiz ki, hər şeydən əvvəl regional əməkdaşlıq baxımından qiymətləndirilməlidir.

Continue Reading

Previous: Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO
Next: 18 yaşadək nikah istisnaları ləğv edilə bilər

Bölmənin digər xəbərləri

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
  • Kateqoriyasızlar

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

8 May, 2026
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
  • Kateqoriyasızlar

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

7 May, 2026
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
  • Kateqoriyasızlar

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

5 May, 2026

Top 7 Xəbər

Şəki-Oğuz sərhədində zəlzələ olub 1

Şəki-Oğuz sərhədində zəlzələ olub

9 May, 2026
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər 2

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

9 May, 2026
Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib 3

Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib

9 May, 2026
Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib 4

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May, 2026
9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur 5

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May, 2026
ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb 6

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

8 May, 2026
Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub 7

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

8 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 403)
  • Dünya (3. 356)
  • Gündəm (11. 733)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 384)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9403) Dünya (3356) Gündəm (11733) Kateqoriyasızlar (493) Kriminal (1384) Mədəniyyət (348) Siyasət (2989) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Şəki-Oğuz sərhədində zəlzələ olub 9 May, 2026
  • İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər 9 May, 2026
  • Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib 9 May, 2026
  • Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib 9 May, 2026
  • 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur 9 May, 2026
© Addim.az | MoreNews by AF themes.