Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ – TƏHLİL
  • Kateqoriyasızlar

Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ – TƏHLİL

Cavidan 17 May, 2024
e9327473-67c7-37bc-a9c9-afc4d3aaf9d2_850

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 16-da Türkiyəyə rəsmi səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra tərəflər mətbuat konfransı zamanı liderlər birgə bəyanatlarla çıxış ediblər. Mediada yer alan xəbərlərə görə, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

R.T.Ərdoğan da mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.

Kobaxidze isə öz növbəsində Bakı və İrəvanın sonda sülh razılaşmasına nail olacağına inandığını deyib:

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq”.

Həm Ankara, həm də Tbilisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında birbaşa maraqlı olan aktorlardır. Çünki bu dövlətlərin ikisi də region ölkəsidir. Odur ki, bölgədə sabitliyin və əməkdaşlıq mühitinin təmin olunması həm Türkiyənin, həm də Gürcüstanın maraqlarına uyğundur.

Əslində Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. Çünki region üçün prioritet hesab olunan bu prosesin reallaşmasına mane olan əsas əngəllər artıq aradan qalxıb: Azərbaycan ərazi bütövlüyünü təmin edib, sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlayıb. Üstəgəl, birbaşa təmaslar güclənib. Bu isə öz-özlüyündə regionda “suları bulandırmaq” niyyətində olan üçüncü qüvvələrin, xüsusilə ABŞ və Fransanın proseslərə müdaxilə imkanının qarşısını alır.

Təsadüfi deyil ki, artıq regional ölkələr, o cümlədən Ankara və Tbilisi də sülhlə bağlı müsbət, ümidli düşünür.

R.T.Ərdoğanın dediyi kimi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, doğrudan da, tarixi fürsət olacaq. Bu, bölgədə 3+3 (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan) platformasının formalaşması, həmçinin region ölkələrinin əməkdaşlığı üçün imkan yaradacaq. Beləliklə, həm də kənar oyunçuların bölgəyə müdaxiləsinin qarşısı alınacaq.

Ermənistanın Azərbaycanın şərtlərinə uyğun olaraq sülh sazişini imzalaması həm də bu dövlətin Türkiyə ilə münasibətlərinə təsir edəcək. Beləliklə, perspektivdə rəsmi İrəvan üçün yeni təhlükəsizlik çətiri formalaşa bilər. Fikrimizcə, hazırda Qərb və Rusiya arasında sıxılan mövcud Ermənistan hakimiyyəti bunu nəzərə almalıdır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyə qədər Gürcüstan da maraqlıdır. Çünki Gürcüstan hər iki ölkə ilə qonşudur. Həmçinin Tbilisinin həm Bakı, həm də İrəvanla normal, bərabər səviyyəli münasibətləri var. Belə bir situasiyada Azərbaycan və Ermənistan arasında gərginlik Gürcüstanın milli maraqlarına uyğun deyil. Üstəgəl, Gürcüstan başa düşür ki, iki qonşusu arasında münasibətlərin normallaşması və yekun sülh sazişi bütün regionun, o cümlədən onun özünün xeyrinədir. Çünki münasibətlərin normallaşması, regional əməkdaşlıq mühitinin təmin olunması həm də bölgənin iqtisadi rifahına səbəb olacaq.

Təsadüfi deyil ki, İ.Kobaxidze çıxışı zamanı üçtərəfli əlaqələrin inkişafına da toxunub. O, söyləyib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı, həqiqətən, vacibdir.

Əlbəttə, bu əməkdaşlıq təkcə siyasi yox, həm də iqtisadi, enerji, təhlükəsizlik və hərbi sahədə əlaqələri nəzərdə tutur.

Üçtərəfli əlaqələrin inkişafı gələcəkdə Gürcüstan və Rusiya arasında problemlərin həllinə, “buzların əriməsi”nə də səbəb olar. Bakı və Ankara Tbilisi ilə Ankara arasında uğurlu vasitəçilik edə bilər.

Beləliklə, Türkiyə və Gürcüstan liderləri regionla bağlı mühüm mesajlar verdilər. Bu ismarışlar, şübhəsiz ki, hər şeydən əvvəl regional əməkdaşlıq baxımından qiymətləndirilməlidir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
Next: İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Bölmənin digər xəbərləri

1782301v
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

Cavidan 24 İyun, 2026
A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 092356
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.