Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? – ŞƏRH

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi tarixə qızıl hərflərlə yazılmış misilsiz hadisə idi. Bu
Cavidan 23 Aprel, 2024

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi tarixə qızıl hərflərlə yazılmış misilsiz hadisə idi. Bu gün Cənubi Qafqazda cərəyan edən çox mühüm proseslərin, həmçinin rəsmi Bakının beynəlxalq aləmdə öz sözünü artıq qətiyyət və əminliklə deməsinin kökündə məhz həmin 44 günlük döyüşlər və onun tarixi nəticəsi dayanır.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan uğurlu hərbi-diplomatik addımlarını eyni tempdə davam etdirdi. Həmin addımlardan biri də düz bir il əvvəl – 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu.

Bu, kifayət qədər mühüm və taleyüklü hadisə idi. Çünki 44 günlük müharibədən sonra Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə zidd olaraq, Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını davam etdirirdi. Məhz bunun qarşısının alınması məqsədilə ərazidəsərhəd-buraxılış məntəqəsinin qurulması qaçılmaz zərurətə çevrilmişdi. Proseslərin sonrakı inkişafı da göstərdi ki, bu, kifayət qədər effektiv addım oldu. Hər halda, qeyd olunan sərhəd-buraxılış məntəqəsinin istifadəyə verilməsi sayəsində İrəvanın təxribat imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı.

Sözsüz ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın növbəti uğuru olaraq, bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlik çox uğurlu gediş idi. Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə bir neçə dəfə toxunaraq onun önəmini qeyd edib. Məsələn, dövlət başçısı bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının əhəmiyyəti barədə də danışmışdı.

“23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik”, – ölkə liderinin bu sözləri sözügedən məsələnin əhəmiyyətini bir daha göstərir.

Başqa bir məsələ ondan ibarətdir ki, məhz Laçın sərhəd-buraxılış məntəqisinin fəaliyyəti nəticəsində bəzi terrorçuların saxlanılması təmin olundu. Məsələn, Meşəli cinayətkarı, Azərbaycana qarşı vandallıq aktları törətmiş Vaqif Xaçaturyan 2023-cü il iyulun 29-da Ermənistan ərazisinə keçmək istəyərkən Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təhvil verilib. Bu, bir daha onu deməyə əsas verir ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz təhlükəsizliyini və bütövlükdə regionun təhlükəsizliyini təmin etməsi üçün son dərəcə mühüm həmlə idi.

Milli Məclisin deputatı Azər Badamov sözügedən məsələ haqqında “Report”a açıqlamasında bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana qədər Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar masasında oturmaqdan yayınırdı:

“Bu gün Azərbaycan dövləti suveren ərazilərinin bütövlüyünü təmin edib. Artıq Ermənistanla beynəlxalq hüquq çərçivəsində əməkdaşlığın qurulması və münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli görüşlər keçirilir. Amma Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana qədər Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar masasında oturmaqdan yayınırdı.

Çünki bu addımla Ermənistan yeni reallıqlarla barışmalı oldu. Başa düşdü ki, daha çıxış yolu yoxdur. Necə deyərlər, vurnuxmaq fayda verməyəcək”.

Azər Badamov

Deputat bir il əvvəl gerçəkləşən məlum hadisənin həqiqətən, çox mühüm əhəmiyyət daşıdığını deyib.

Beləliklə, deyə bilərik ki, bir il əvvəl sərhəd-buraxılış məntəqəsinin qurulması doğrudan da, mühüm tarixi əhəmiyyət daşıyırdı. Son günlər baş verən bəzi hadisələrdə, o cümlədən, Rusiya sülhməramlı kontingentinin regiondan çıxarılmasında, Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasında, İrəvanla Bakı arasında sülh sazişinin heç vaxt olmadığı qədər yaxın olmasında Laçın sərhəd-buraxılış məntəqəsi mühüm rol oynayıb. (Report)

Continue Reading

Previous: Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Next: İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi – Fotolar

Bölmənin digər xəbərləri

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib
  • Kateqoriyasızlar

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

29 Yanvar, 2026
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam
  • Kateqoriyasızlar

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib
  • Kateqoriyasızlar

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib

23 Yanvar, 2026

Top 7 Xəbər

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 1

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir

30 Yanvar, 2026
CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 2

CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

30 Yanvar, 2026
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 3

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

30 Yanvar, 2026
Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 4

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı

30 Yanvar, 2026
Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 5

Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır

30 Yanvar, 2026
“Qarabağ”ın rəqibi “Nyukasl” oldu 6

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

30 Yanvar, 2026
Bəhruz Əhmədova yeni köməkçi təyin edildi 7

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8786) Dünya (3159) Gündəm (10990) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 30 Yanvar, 2026
  • CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 30 Yanvar, 2026
  • Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 30 Yanvar, 2026
  • Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 30 Yanvar, 2026
  • Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.