Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 795)
  • Dünya (3. 160)
  • Gündəm (10. 998)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Bəyanat yayıb. Bəyanatı təqdim edirik: “2024-cü il yanvarın 28-də
Cavidan 3 Fevral, 2024

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Bəyanat yayıb. Bəyanatı təqdim edirik: “2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlayıb. Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi “Nazione”nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb. Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağıdılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir. Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin fevralın 2-də “Nazione” hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz. Xatırladaq ki, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib. Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də var. Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. buraya daxildir. Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu olaraq: – Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik; – Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik; – Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır; – Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik”.

Continue Reading

Previous: Bakıya hər yerdən hücumlar edilir: Yeni dalğa…
Next: “Qalatasaray” “Qarabağ”ın 16 yaşlı futbolçusunu heyətinə qata bilər

Bölmənin digər xəbərləri

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib
  • Kateqoriyasızlar

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

29 Yanvar, 2026
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam
  • Kateqoriyasızlar

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib
  • Kateqoriyasızlar

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib

23 Yanvar, 2026

Top 7 Xəbər

İranda internet bərpa olundu 1

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 2

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 3

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026
Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır 4

Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır

31 Yanvar, 2026
Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır 5

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

31 Yanvar, 2026
Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir 6

Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir

31 Yanvar, 2026
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir 7

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 795)
  • Dünya (3. 160)
  • Gündəm (10. 998)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8795) Dünya (3160) Gündəm (10998) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İranda internet bərpa olundu 31 Yanvar, 2026
  • Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 31 Yanvar, 2026
  • Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 31 Yanvar, 2026
  • Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır 31 Yanvar, 2026
  • Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.