Ukraynada hazırda davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Kərim Qulamov adlı azərbaycanlı döyüşlər zamanı dünyasını dəyişib.
Məlumata görə, Qulamov Ukraynanın “M1” musiqi kanalında aparıcı kimi çalışıb, müharibəyə könüllü yollanıb. Onun ölümü barədə məlumatı isə ilk olaraq dostları fesybukda paylaşıb.
Bildirilir ki, iyulun sonu Qulamovun 35 yaşı tamam olacaqdı.