Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • “Bura Azərbaycanın çarı kimi gəlmisən” – Emreli tənqid edildi
  • İdman

“Bura Azərbaycanın çarı kimi gəlmisən” – Emreli tənqid edildi

Polşa “Legiya”sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son
Cavidan 31 Yanvar, 2022
1643574528.bb0ef274-a5dc-3f6d-b9e7-c99d14db2e52_850

Polşa “Legiya”sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri yayılıb.

“Kanal Sportowy”də yerləşdirilmiş videoda 51 yaşlı mütəxəssis oyunçuları sərt tənqid etdiyi məlum olur. O, xüsusən, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelini hədəfə alıb.

O bildirib ki, “Legiya” kimi böyük kluba gələn hər kəs bilməlidir ki, onu maliyyə və azarkeş məmnunluğundan əlavə, rəqabət gözləyir.

Daha sonra Mixneviç üzünü Emrrliyə tutub: “Yatıb qaldığı üçün məşqə gecikən oyunçuya etibar etmək olarmı? “Lex”lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil”.

Təcrübəli mütəxəssis 24 yaşlı hücumçuya onun şəxsi həyatından da xəbərdar olduğunu deyib: “Bütün hərəkətlərin, tinderlər, axşam məclislərin, bir sözlə, hamısı mənə gəlib çatır. Bilərəkdən bəzi məsələlərə toxunmuram, çünki şəxsi həyatınıza müdaxilə etmək istəmirəm. Hər birinizin öz hədəfləriniz var. Amma bunlar qələbəmizə mane olursa, açıq danışmalıyam”.

Mixneviç Emrelini real qol şanslarını qaçırmasına görə də qınayıb: “Varşavanın 2 milyon əhalisindən 1,5 milyonu “Legiya”nı dəstəkləyir. Biz isə belə münasibətlə onları yaralayırıq. Ona görə yox ki, Emreli “Lex”lə matçda qol imkanını əldən verdi. Özü də məyusdur. Üç aydır gələn şəxs mənimlə salamlaşır, kofe içir. Amma birdən-birə yeməkxanaya daxil olanda yanımdan kölgə kimi keçir. Mən sənə heç nə etməmişəm. Nə etmisizsə, siz etmisiz, imkanlardan bir komanda kimi siz yararlanmamısız. Başa düşürəm ki, bu, topdur. Sən beynində çox şeyi yaxşılaşdırmalısan. Amma inciyirsənsə, ağlayırsansa, başqa həyat yaşayırsansa, bunu deməkdən qorxmuram: Bura Azərbaycanın çarı kimi gəlmisən, amma mənim üçün hamınız bərabərsiniz”.

Çətin vəziyyətlərin çətin qərarlar tələb etdiyini vurğulayan baş məşqçi əlavə edib ki, “Pyast”la səfər oyununa müharibəyə getmək istəyən heyət aparacaq: “Silahınızın lüləsini mənə yox, rəqiblərinizə tuşlamalısınız. Kürəyimi nişan alanlar isə olduqları yerdə qalacaqlar”.

Qeyd edək ki, Çeslav Mixneviçin bu iclasda dedikləri nəticə verməyib. “Legiya” 2021-ci il oktyabrın 24-də keçirilmiş görüşdə 1:4 hesabı ilə uduzub. Ertəsi gün isə baş məşqçi istefaya göndərilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Next: Sarkisyanın istefa ərizəsi qüvvəyə mindi

Bölmənin digər xəbərləri

1782304152051-664152687
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 162549
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 647)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür Screenshot 2026-06-17 100022 1
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

26 İyun, 2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 2
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 3
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 4
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 5
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9647) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.