Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • İdman
  • Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
  • Gündəm
  • İdman

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

2026 FIFA Dünya Kubokunda qrupdan çıxmaq şansını itirən Türkiyə milli komandasının italiyalı baş məşqçisi Vincenzo Montella bildirib ki,
Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620

2026 FIFA Dünya Kubokunda qrupdan çıxmaq şansını itirən Türkiyə milli komandasının italiyalı baş məşqçisi Vincenzo Montella bildirib ki, Türk xalqının gözləntilərini qarşılaya bilmədikləri üçün böyük məyusluq hiss edirlər.

Paraqvaya 0:1 hesablı məğlubiyyətdən sonra təşkil edilən mətbuat konfransında Montella bildirib:

“Türk xalqının böyük gözləntiləri var idi, çox böyük məyusluq yaşayıram”.

“Obyektiv baxsaq, futbolçularıma qarşı heç bir mənfi düşüncəm yoxdur. Bu gün onlar öz bacarıqlarını daha da inkişaf etdirdilər, çünki iki matçda da böyük performans göstərdilər. 65 zərbəyə baxmayaraq, təəssüf ki, çox az şansla rəqib komandalar nəticə əldə etdi”, – baş məşqçi əlavə edib.

Montella daha sonra deyib:

“Belə iki eyni qarşılaşmaya karyeramda çox az rast gəlmişəm. Türkiyə Futbol Federasiyası həmişə bizə dəstək oldu, yanımızda oldular. Böyük məyusluq içindəyəm…

Federasiyanın nə qədər çalışqan olduğunu bilirəm, onların adına daha çox üzülürəm. 35 illik karyeramda 50 matçda bir dəfə rast gəlinəcək hadisələr iki dəfə ardıcıl baş verdi. Qismət bizim tərəfdə olmadı”.

Vincenzo Montella ehtiyatda yetərli qədər hücumçu olmadığı yönündəki suala cavab olaraq bunları deyib:

“Yenidən geriyə dönəcəyik. Əslində hücumçu məsələsi ilə bağlı iki matçda vurulan 65 zərbəni xatırlatmaq istəyirəm. Forvard mövzusunu açmanıza təəccüblə baxıram – iki oyunda cəmi 65 zərbə var, amma nədənsə olmur, top girmir.

Mənə kimsə futbolda bəzi epizodların niyə baş verdiyini izah etsə, öyrənməyə hazıram. Biz gedirik, olmur; rəqib bir dəfə gəlir, olur. Rəqibin cərimə meydançasına girdik, zərbələr vurduq, toplar dirəkdən keçdi… Qismət yanınızda olmayanda belə olur.

Oyunçularım ürəklərini ortaya qoydular. Futbol məntiq deyil. İnsanlar xəyal qurur, amma daha yaxşı oynayan komanda həmişə qazanmır.

Əgər biz vəziyyət yaratmasaydıq, problem olardı. Amma belə iki oyunun ard-arda gəlməsi bir az sadə görünür. Yenə də ‘qismət bizdən yana deyildi’ kimi olur. Birini vursaq, bəlkə hər şey fərqli olardı.

Təəssüf ki, belə oldu. Avstraliya matçına nisbətən daha yaxşı mübarizə etdik. Olmayanda olmur”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Sonrakı: İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Bölmənin digər xəbərləri

BgdWpx14hmRP1dfN b
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Cavidan 15 Oktyabr, 2026
753c2c08-584e-3583-a7ea v
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Cavidan 15 Oktyabr, 2026
vXuGdP4LceHfx_1200
  • Gündəm

Elnur Əliyev: “18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb”

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 286)
  • Dünya (1. 083)
  • Gündəm (3. 462)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb vcrMyLIl9JHkUewu0sAyU b 1
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr, 2026
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib BgdWpx14hmRP1dfN b 2
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

15 Oktyabr, 2026
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib BEEbxueQX_1200 (1) 3
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

15 Oktyabr, 2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib hm87sBTRp0z25jmMf6cv 4
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15 Oktyabr, 2026
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər vMyltuCcIy5zrKh_1200 5
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3286) Dünya (1083) Gündəm (3462) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 7
  • 7
  • 4. 817

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.