Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayıb
  • Gündəm
  • İdman

Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayıb

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançıları və onların komanda üzvlərini salamlayıb. Azərbaycan
Cavidan 26 Sentyabr, 2025
WhatsApp Image 2025-09-26 at 12.03.36

Gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançıları və onların komanda üzvlərini salamlayıb.

Azərbaycan təşkil olunan yarışın Təşkilat Komitəsinin sədr müavini ölkəmizin artıq özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi təsdiq etdiyini bildirib.

O, Respublikamızda bir sıra beynəlxalq idman tədbirlərinin keçirildiyini xatırladıb:

“Azərbaycan dəfələrlə dünyanın hər yerindən ən yaxşı idmançıları və minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib. Müxtəlif illərdə Azərbaycan 2015-ci ilin birinci Avropa Oyunlarına, 2017-ci ilin IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına, 2019-cu il UEFA Avropa Liqasının finalına, 2020-ci il futbol üzrə Avropa çempionatının dörd matçına, 2016-cı ildən Bakıda hər il keçirilən Formula 1 Azərbaycan Qran-prisinə ev sahibliyi edib. Bütün bu hadisələr Azərbaycanın regionun idman mərkəzi kimi imicini gücləndirməklə yanaşı, ölkəmizin yüksək səviyyədə təşkilatçılıq, inkişaf etmiş infrastruktur və qonaqpərvərliyini nümayiş etdirdi”.

Nazir bildirib ki, III MDB Oyunları ölkə tarixində ilk dəfə olaraq regionlarda keçiriləcək:

“Azərbaycanın yeddi şəhəri qapılarını açmağa, zəngin mədəniyyət, isti qonaqpərvərlik və müasir idman infrastrukturunu göstərməyə hazırdır. Bu Oyunlar idmanın, iqtisadiyyatın və sosial sahənin inkişaf üçün stimul olacaq, gəncləri ruhlandıracaq, parlaq xatirələr yaradacaq və özündən sonra dəyərli irs – dünya səviyyəli yeni və yenilənmiş idman obyektləri saxlayacaq. Biz əlimizdən gələni etdik ki, yarışlar yüksək səviyyədə keçsin. Təcrübəli və fədakar komanda lazımi təlimlərdə iştirak edib. Əminəm ki, biz qonaqlar üçün ən yaxşı şəraiti təmin edə biləcəyik və onlar bu yarışlardan tam zövq alacaqlar. Biz birlikdə təkcə Azərbaycanda deyil, bütün dünyada qürur duyulacaq idman bayramı yaradacağıq. Bütün iştirakçılara parlaq qələbələr, qonaqlara isə xoş təəssüratlar arzulayıram. III MDB Oyunlarında görüşərik!”

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

Post navigation

Previous: Paytaxtın üç rayonunda qaz olmayacaq
Next: “Qarabağ”ın oyununa 27 500 bilet satılıb

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
Ky6GtZD1sN3qdmN v
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Cavidan 29 Avqust, 2026
6a9285421bbb76a928542 v
  • Dünya

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.