Skip to content
22 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 133)
  • Gündəm (10. 896)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İdman
  • İdman

“Sərhədçi”nin yeni prezidentinin təqdimatı oldu – FOTOLAR

“Sərhədçi” Voleybol Klubunun prezidenti təyin olunan “Sərhədçi” İdman Olimpiya Kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenant, əməkdar məşqçi Firdovsi Umudovun
Cavidan 28 Dekabr, 2021

“Sərhədçi” Voleybol Klubunun prezidenti təyin olunan “Sərhədçi” İdman Olimpiya Kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenant, əməkdar məşqçi Firdovsi Umudovun təqdimat mərasimi keçirilib.

Mərasim torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardınca giriş sözü ilə idman kompleksinin rəisi polkovnik Elşən Mirzəyev çıxış edib.

O, bu təyinatın komandanı uğura daşıyacağına inandığını bildirib:

“Bu gün Firdovsi Umudov “Sərhədçi” voleybol klubunun prezidenti təyin edildi. DSX rəisi, general-polkovnik Elçin Quliyevlə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov arasındakı müzakirələrdən sonra belə qərar verildi ki, “Sərhədçi” voleybol klubu Azərbaycan çempionatlarında mübarizə aparsın. DSX-nin rəisi Elçin Quliyevlə də Firdovsi Umudovun klub prezidenti olmasını müzakirə etdik və o, bunun yaxşı təyinat olduğunu bildirdi. Firdovsi Umudov idmana yad adam deyil. Hər zaman hər probleminizi ona deyə bilərsiniz. O, daim sizin yanınızda olacaq. Bizim məqsədimiz gənc idmançılara dəstək olmaq, onları yetişdirib ölkəyə idmançı bəxş etməkdir. “Sərhədçi” daim ən yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov da Firdovsi Umudovu təbrik edib və bu təyinatın klubun gələcəyinə müsbət təsir edəcəyini vurğulayıb: “Voleybola dəstək verdiyinizə görə sizə təşəkkür edirəm. Eyni zamanda “Sərhədçi” mənə doğmadır. “Rabitə” voleybol klubunun Çempionlar Liqası oyunları burda keçirilirdi. Burda çox güclü rəqiblərə qalib gəlmişik. Sevindirici haldır ki, Firdovsi Umudov bu kluba prezident təyin edilib. Onu təbrik edib, uğurlar arzulayıram. Ümid edirəm ki, “Sərhədçi” “Rabitə” səviyyəsinə qalxacaq. İnanmaq və irəli getmək lazımdır. Firdovsi müəllim, Elşən müəllim bu növü sevən adamlardır. Onlar uğur qazanacaqlar. General-polkovnik Elçin Quliyevə də təşəkkür edirəm”.

Daha sonra Firdovsi Umudov yeni vəzifəsindən danışıb. O, Azərbaycan idmanına növündən asılı olmayaraq daim dəstək olacağını, uğur üçün əlindən gələni edəcəyini bildirib: “Hər kəsə təşəkkür edirəm, mənə göstərilən etimada görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə minnətdaram. Komanda ilə bağlı böyük planlarımız var. Əvvəllər böyük uğurlarımız əsasən təkbətək idman növlərində daha çox idisə, sonra komanda idman növlərində də böyük nailiyyətlər əldə edildi. “Azərreyl”, “Rabitə”, “Qarabağ” klublarının böyük uğurları və onların ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilməsinin timsalında idmana dövlət qayğısının necə yüksək olması kimsəyə sirr deyil.

Ölkə rəhbərliyinin idmana qayğısının nəticəsidir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzi kimi bazamız var və burada təkcə voleybol deyil, digər idman növlərinin də inkişafı üçün maddi-texniki baza yaradılıb. Hazırda “Sərhədçi”nin kişilərdən ibarət komandası Superliqada mübarizə aparır və gənc komanda üçün bu artıq böyük uğurdur. İdmana yad adam deyiləm və birlikdə böyük uğurlara imza atacağımıza inamıram. Bu yaxınlarda federasiya prezidenti Cavid Qurbanov və 1-ci vitse-prezident Faiq Qarayevlə görüşərək gələcək planlarımızı müzakirə etmişik. Gələcəkdə beynəlxalq arenalarda uğur qazanıb voleybolumuza töhfə verəcək, ölkəmizin bayrağını yüksəklərə qaldıracağıq.

Hər şeyi federasiyasının üzərinə yükləmək olmaz. Biz şirkətləri, sponsorları idmana dəstək üçün cəlb etməliyik. Azərbaycanın dünya və Avropa, Olimpiya çempionları var. Niyə komanda idman növlərində də davamlı uğurlar olmasın? Nizam-intizam olan yerdə nəticə də gələcək. Biz “Sərhədçi” İdman Olimpiya Mərkəzində olan şəraitdən istifadə etməliyik. Komandamız gəncdir, gələcəyə ümid verir və əsas istəyimiz müxtəlif yaş qrupları üzrə milli komandalara layiqli idmançılar yetişdirməkdir”.

Sonda veteran məşqçi Oktay Musayev Firdovsi Umudovun təyinatına sevindiyini deyib və idmançılar adından ona təşəkkür edib: “Firdovsi müəllim güləşdə dünya və Avropa, Olimpiya çempionları yetişdirib, idmanda böyük təcrübəsi var.

Sevinirik ki, bizim yanımızda olacaq. Polkovnik Elşən Mirzəyevə də diqqəti üçün təşəkkür edirəm. Daim bizə dəstək göstərib, hər zaman yanımızda olub”.

Continue Reading

Previous: Mahir Emreli Polşadan ayrıldı
Next: Ronaldonun heykəli etiraza səbəb oldu

Bölmənin digər xəbərləri

Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək
  • Gündəm

Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək

21 Yanvar, 2026
FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişməyib
  • Gündəm

FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişməyib

20 Yanvar, 2026
Çempionlar Liqasında 7-ci tur – Bugünkü OYUNLAR
  • Gündəm

Çempionlar Liqasında 7-ci tur – Bugünkü OYUNLAR

20 Yanvar, 2026

Top 7 Xəbər

Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq? 1

Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq?

21 Yanvar, 2026
Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur 2

Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur

21 Yanvar, 2026
Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 3

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

21 Yanvar, 2026
ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 4

ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

21 Yanvar, 2026
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 5

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 6

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 7

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 133)
  • Gündəm (10. 896)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8722) Dünya (3133) Gündəm (10896) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2925) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq? 21 Yanvar, 2026
  • Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur 21 Yanvar, 2026
  • Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 21 Yanvar, 2026
  • ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 21 Yanvar, 2026
  • Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.