Skip to content
27 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • Azərbaycan çempionatı hansı formatda olacaq? – Sərxan Hacıyevdən açıqlamalar
  • Gündəm
  • İdman

Azərbaycan çempionatı hansı formatda olacaq? – Sərxan Hacıyevdən açıqlamalar

“Bu, Azərbaycan futbolunun mühüm qərarlarından biri idi. Çünki son dəfə Azərbaycan Premyer Liqasında 12 komanda təxminən 10 il
Cavidan 5 Fevral, 2025
Screenshot_1

“Bu, Azərbaycan futbolunun mühüm qərarlarından biri idi. Çünki son dəfə Azərbaycan Premyer Liqasında 12 komanda təxminən 10 il öncə olub”.

Bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.

O, fevralın 2-də AFFA İcraiyyə Komitəsinin iclasında 2025/26 mövsümündən etibarən ölkə Premyer Liqasında komanda sayının artırılması haqda qəbul olunan qərardan danışıb. Qərara əsasən, növbəti mövsümdən çempionatda 10 yox, 12 klub mübarizə aparacaq.

S.Hacıyev bu qərarın Azərbaycan futbolu üçün müsbət dəyişiklik olduğunu vurğulayıb: “Uzun illərdən sonra 12 komandalı sistemə qayıtmaq əlbəttə ki, müsbət haldır. Təbii ki, hazırda çempionatın formatı ilə əlaqədar müəyyən suallar var. İclasda ilkin olaraq məsələ bu idi ki, 12 komandalı çempionat təsdiq edilsin. Lakin biz də AFFA olaraq tam anlayırıq ki, həm Premyer Liqa, həm də 1-ci liqa komandaları artıq indidən öz planlarını bilməlidirlər. Biz maksimum qısa müddətdə bu məsələyə geri dönüş edəcəyik. Nəzərdə tutulub ki, qarşıdakı 2, maksimum 3 həftə ərzində AFFA İcraiyyə Komitəsinin iclasının keçirilsin, sözügedən iclasda konkret olaraq hazırkı duruma görə qərar qəbul olunsun, 1-ci liqadan Premyer Liqaya neçə komandanın gələcəyi, Premyer Liqadan 1-ci liqaya komandaların hansı formatda gedəcəyi müəyyənləşsin.

Gündəmdə olan sualların hamısı AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq. Bildiyiniz kimi, 12 komandalı liqalar üçün müxtəlif formatlar var. “6-lıq” sistemi, 3 dövrəli sistemlər mövcuddur. Hər formatın öz mənfi və müsbət tərəfləri var. Biz “6-lıq” sistemi görmüşük. Bu məsələ ilə əlaqədar onu deyə bilərəm ki, hazırda beynəlxalq təcrübəyə baxılması üçün bizə zaman lazımdır. Avstriyada 2 “6-lıq”, Baltik ölkələrində 3 dövrəli sistem var”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Qumar kralı” Şəkili Yusif – Həbs edildi
Next: Sabah yağış yağacaq, duman olacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-25 100656
  • Gündəm

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 085934
  • Cəmiyyət

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-24 180133
  • Dünya

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

Cavidan 24 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 791)
  • Dünya (3. 466)
  • Gündəm (11. 969)
  • İdman (677)
  • İqtisadiyyat (608)
  • Kateqoriyasızlar (525)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq Screenshot 2026-07-25 123511 1
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul, 2026
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb Screenshot 2026-07-25 121620 2
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

25 İyul, 2026
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub Screenshot 2026-07-25 115721 3
  • Dünya

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

25 İyul, 2026
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb Screenshot 2026-07-25 113233 4
  • Dünya

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

25 İyul, 2026
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq Screenshot 2026-07-25 110956 5
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

25 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9791) Dünya (3466) Gündəm (11969) Kateqoriyasızlar (525) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (677) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.