Skip to content
7 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI
  • Gündəm
  • İdman

Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI

Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan
Cavidan 16 Yanvar, 2025
1737014910_fransamedal (1)

Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.

Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Qeyd edək ki, bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib.

Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib. Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.

Bəs Azərbaycan idmançılarına təqdim edilən medallarda hansısa pozuntu varmı?

Modern.az mövzu ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, hazırda “Paris-2024” Olimpiya oyunlarında idmançılarımızın qazandığı medallar yoxlanılır. Hələlik hansısa geri qaytarma halı olmayıb.

Qeyd edilib ki, yoxlamaların nəticəsində pozuntu qeydə alınarsa, Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək.

Xatırladaq ki, Paris Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb.

Cüdo: Hidayət Heydərov (73 kq) – qızıl, Zelim Kotsoyev (100 kq) – qızıl

Boks: Alfonso Dominges (92 kq) – gümüş

Taekvondo: Qaşım Maqomedov (58 kq) – gümüş

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) – bürünc

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) – bürünc, Maqomedxan Maqomedov (97 kq) – bürünc

Post navigation

Previous: KİV: İsrail ordusu Qəzzanı atəşə tutub, 70-dən çox adam ölüb
Next: Ceyhun Bayramov Gürcüstanın XİN başçısını qarşılayıb – FOTO

Bölmənin digər xəbərləri

W90hILBh7wBZv
  • Dünya

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Cavidan 7 Oktyabr, 2026
me4kjKNBJFP6qJ9ub
  • Dünya

Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib

Cavidan 7 Oktyabr, 2026
6ac5da1368a12v
  • Gündəm

Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb – VİDEO

Cavidan 7 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 231)
  • Dünya (1. 080)
  • Gündəm (3. 446)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (231)
  • Kriminal (296)
  • Mədəniyyət (96)
  • Siyasət (433)
  • Texnologiya (15)

Xəbər Trendi

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib 1
  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

7 Oktyabr, 2026
Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib 6ac6493822c4b 2
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

7 Oktyabr, 2026
Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib 6ac631f06658a6ac6b 3
  • Siyasət

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

7 Oktyabr, 2026
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib W90hILBh7wBZv 4
  • Dünya

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

7 Oktyabr, 2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb idpKQkFomqg9EyPiM v v 5
  • Dünya

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

7 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3231) Dünya (1080) Gündəm (3446) Kateqoriyasızlar (231) Kriminal (296) Mədəniyyət (96) Siyasət (433) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.