UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Slovakiya matçını idarə edəcək norveçli Roxit Saqqi daha əvvəl də təmsilçimizin matçına təyinat alıb.
32 yaşlı ədalət təmsilçisi “Neftçi”nin Konfrans Liqasındakı qarşılaşmasında iş başında olub.
FIFA referisi 2022/2023 mövsümündə “ağ-qaralar”ın Avstriyada “Rapid” (Vyana) klubuna əlavə vaxtda 0:2 hesabı ilə uduzduğu III təsnifat mərhələsinin cavab oyununu idarə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən “Neftçi” bu görüşdən sonra avrokubokla vidalaşıb.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Slovakiya görüşü saat 20:00-da start götürəcək.