Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • “Formula 1″ə görə bağlanan bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq
  • Gündəm
  • İdman

“Formula 1″ə görə bağlanan bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq

Cavidan 5 Sentyabr, 2024
40cdc583d145be94637fa1a42d77dff8

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, yarış zolağının aşağıda qeyd olunan giriş və çıxış hissələri bazar ertəsi, sentyabrın 9-dan cümə axşamı sentyabrın 12-dək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Giriş nöqtələri:

Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.

M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.

S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.

Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.

Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

Çıxış nöqtələri:

Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində.

İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.

Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.

Belə ki, 9, 10, 11 sentyabr tarixlərində, səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

Sentyabrın 12-də sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İsrailə cavabımız gözlənilməz olacaq – SEPAH
Next: Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatı başlayır

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-30 110846
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 102536
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 093530
  • Dünya

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 661)
  • Dünya (3. 429)
  • Gündəm (11. 912)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq Screenshot 2026-06-30 110846 1
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

30 İyun, 2026
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır Screenshot 2026-06-30 102536 2
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

30 İyun, 2026
Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər Screenshot 2026-06-30 093530 3
  • Dünya

Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər

30 İyun, 2026
Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb Screenshot 2026-06-30 090132 4
  • Dünya

Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb

30 İyun, 2026
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 5
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9661) Dünya (3429) Gündəm (11912) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.