Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
  • Gündəm
  • İdman

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real” klubu ilə Almaniya təmsilçisi “Borussiya” üz-üzə gələcək. Oyun Londondakı
Cavidan 1 İyun, 2024
fb3e4991-d29f-3ac8-bba9-e4e45cfb6cb0_850 (1)

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real” klubu ilə Almaniya təmsilçisi “Borussiya” üz-üzə gələcək.

Oyun Londondakı “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu, Çempionlar Liqası tarixində 69-cu final olacaq. Turnirin ən titullu klubu “Real”dır. Komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışının finalında çıxış edib.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda həmin vaxt həlledici görüşdə İngiltərə “Liverpul”unu məğlub etmişdi – 1:0.

“Borussiya” isə 1997-ci ildə Çempionlar Liqasının qalibi olub. Komanda İtaliya “Yuventus”unu üstələyib – 3:1. 2013-cü ildə də “Borussiya” finala çıxıb. Amma həlledici görüşdə Almaniya təmsilçisi “Bavariya”ya 1:2 hesabı ilə uduzub.

“Borussiya”nın baş məşqçisi Edin Terziç komandanın “Real” ilə finalda çox çətin anlar yaşayacağını bildirib: “Düşünürəm ki, biz bu finala layiqik. Favorit olmayacağımızı bilirəm. Çox çətin olacaq. Amma final bir matçdan ibarətdir. Ona görə də hər şey mümkündür. Biz bunu artıq sübut etmişik”.

Baş məşqçi kimi 6 dəfə finala yüksələn “Real”ın çalışdırıcısı Karlo Ançelotti isə komandasının bacarığını yüksək qiymətləndirib: “Bizim o qədər problemimiz, ciddi zədələrimiz var idi. Biz Vinisiusu, Cud Bellinqemi və başqalarını müəyyən müddətə itirdik. Amma heç kim bu barədə danışmırdı. Bu komandanın oyunçuları fantastik qabiliyyətə və xarakterə malikdirlər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Məhkəmə Serj Sarkisyana bəraət verib
Next: Müştəriyə özünü xüsusi hiss etdirməyin biznes üçün faydaları

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782304152051-664152687
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Cavidan 24 İyun, 2026
1782288808_thumbsv
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.