Skip to content
21 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 274)
  • Dünya (3. 334)
  • Gündəm (11. 634)
  • İdman (642)
  • İqtisadiyyat (588)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 374)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 982)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İdman
  • Gündəm
  • İdman

Azərbaycan ilk dəfə Avropa Kuboku turnirinə ev sahibliyi edəcək

Mayın 6-7-də Göygöl şəhərində tarixdə ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək. Azərbaycan
Cavidan 3 May, 2023

Mayın 6-7-də Göygöl şəhərində tarixdə ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq. 

EJU-nun rəsmi səhifəsində turnirlə bağlı çıxan məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb: 

“Azərbaycan komandası həm oğlanlarda, həm də qızlarda Avropa Turu silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə edib. Belə ki, aprelin əvvəlində Çexiyada keçirilən Avropa Kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Eynilə, komanda mart ayında Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib”. 

Müəllif qeyd edir ki, Göygöldəki yarışda Azərbaycan milli yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin tək böyüklər arasında deyil, həm də gənclər və yeniyetmələr arasında yarışlarda Azərbaycan milli yığmasının yanında olduğu və bu yarışın Azərbaycanda təşkil edilməsindən böyük məmnunluq duyduğu qeyd edilir.

“Olimpiya çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi mən çox şadam ki, ölkəmiz Göygöldə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək. Bu tədbir gənc idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir.

Əlavə olaraq onu da qeyd edim ki, bu il Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Göygöldə belə bir mötəbər yarışın keçirilməsi ulu öndərin müəyyən etdiyi tərəqqi yolunda güclü və çiçəklənən Azərbaycan üçün idmanın və bədən tərbiyəsinin inkişafına yaxından diqqət göstərilməsi vəzifəsinin yerinə yetirilməsinə və ölkəmizin beynəlxalq aləmdə güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.

Həmçinin, turnirin Göygöldə keçirilməsi cənab Prezident İlham Əliyevin idmanın regionlarda kütləviləşdirilməsi ilə bağlı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Prezident İlham Əliyev idmanın sağlam həyat tərzi, milli qürurun və beynəlxalq əməkdaşlığın təşviqi üçün güclü vasitə olduğunu dəfələlərlə bəyan edib. Buna görə də bizim üçün belə bir turnirin təşkili böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Avropanın hər bir yerindən yeniyetmə cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, – deyə Elnur Məmmədli EJU-nun saytına verdiyi müsahibəsində bildirib.

Continue Reading

Previous: Azərbaycan Prezidenti: “Biz regionda baş verən proseslərə göz yuma bilmərik”
Next: Prezident ermənilərin Şuşadakı vandalizmindən DANIŞDI

Bölmənin digər xəbərləri

TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib
  • Cəmiyyət

TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib

21 Aprel, 2026
Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı – Tələb
  • Cəmiyyət

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı – Tələb

21 Aprel, 2026
Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib
  • Dünya

Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib

21 Aprel, 2026

Top 7 Xəbər

Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb 1

Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb

21 Aprel, 2026
TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib 2

TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib

21 Aprel, 2026
Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək – Fərman 3

Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək – Fərman

21 Aprel, 2026
Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı – Tələb 4

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı – Tələb

21 Aprel, 2026
3 ayda 7738 cinayət qeydə alınıb – 85,9 faizinin üstü açılıb 5

3 ayda 7738 cinayət qeydə alınıb – 85,9 faizinin üstü açılıb

21 Aprel, 2026
Metronun fəaliyyəti bərpa olundu – Yenilənib 6

Metronun fəaliyyəti bərpa olundu – Yenilənib

21 Aprel, 2026
Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib 7

Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib

21 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 274)
  • Dünya (3. 334)
  • Gündəm (11. 634)
  • İdman (642)
  • İqtisadiyyat (588)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 374)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 982)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9274) Dünya (3334) Gündəm (11634) Kateqoriyasızlar (483) Kriminal (1374) Mədəniyyət (346) Siyasət (2982) Texnologiya (14) İdman (642) İqtisadiyyat (588)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb 21 Aprel, 2026
  • TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib 21 Aprel, 2026
  • Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək – Fərman 21 Aprel, 2026
  • Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı – Tələb 21 Aprel, 2026
  • 3 ayda 7738 cinayət qeydə alınıb – 85,9 faizinin üstü açılıb 21 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.