Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 468)
  • Dünya (3. 046)
  • Gündəm (10. 588)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İdman
  • Gündəm
  • İdman

“Formula 1”-ə görə yollar bu tarixə qədər bağlı olacaq

24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bunu jurnalistlərə
Cavidan 17 Aprel, 2023

24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

“Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı “Yaşayış Yerina Giriş İcazəsi” əsasında təmin olunacaq. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri icazəni tam ödənişsiz əldə edə biləcəklər” – deyə qurum rəsmisi qeyd edib.

BŞH-nın sözçüsü sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Vətəndaşlar “Yaşayış Yerinǝ Giriş İcazə” sənədini zonalar üzrə paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1-Buraxılışın paylanma məntəqəsi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

Zona 2-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 4 Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

Zona 3-Buraxılışın paylanma məntəqəsi Mənzil-Kommunal və İstismar İdarəsi No 58

İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış Yerina Giriş icazəsi”nin paylanması 10 aprel tarixindən başlayıb və 28 aprelǝdək davam edəcək.

Hər il olduğu kimi, bu il də 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında yerləşən Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində quraşdırılan müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Bundan əlavə, yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq.

Yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

Belə ki, 24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) yalnız birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək və bu yollarda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə mümkün olacaq. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından tamamilə qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilmişdir. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BSH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

Continue Reading

Previous: Prezident Arzu Rəhimovu vəzifəsindən azad etdi
Next: Arzu Rəhimovun yerinə o təyin olundu – Sərəncam

Bölmənin digər xəbərləri

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi
  • Cəmiyyət

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi
  • Cəmiyyət

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ
  • Cəmiyyət

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025

Top 7 Xəbər

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 1

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 2

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 3

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 4

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ 5

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025
Türkiyədə fabrik yanır 6

Türkiyədə fabrik yanır

10 Dekabr, 2025
Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 7

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 468)
  • Dünya (3. 046)
  • Gündəm (10. 588)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8468) Dünya (3046) Gündəm (10588) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
  • Astarada 7800 abonentin qazı kəsiləcək 10 Dekabr, 2025
  • Keçmiş hakimə yeni vəzifə verildi 10 Dekabr, 2025
  • Pensiyalar ÖDƏNİLDİ 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.