Skip to content
5 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 031)
  • Dünya (3. 246)
  • Gündəm (11. 340)
  • İdman (633)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 344)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İdman
  • İdman

DÇ-2022-də davranış qaydaları: Yerli qadınlara toxunmaq olmaz

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi turnir ərzində iştirakçılar və turistlər üçün ölkədə davranış qaydalarını dərc
Cavidan 30 Sentyabr, 2022

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi turnir ərzində iştirakçılar və turistlər üçün ölkədə davranış qaydalarını dərc edib.

16 səhifəlik sənəddə akkreditə olunmuş şəxslər, habelə azarkeşlər üçün bütün təlimat və tövsiyələr sadalanır.

Təlimatın ilk hissəsi yerli sakinlərlə ünsiyyətə aiddir. Burada qeyd olunur ki, evə daxil olarkən ilk növbədə ən yaşlı şəxsə və “daha ​​yüksək statusa” malik olanlara salam vermək lazımdır.

Bildirilir ki, qətərli qadınlara toxunmaq və onlarla qucaqlaşmaq olmaz. Xanımlara müəyyən məsafə saxlayaraq şifahi salam verməyə icazə verilir. Qətərlilərlə, xüsusən də qadınlarla əl sıxmaq məsləhət görülmür.

İkinci hissədə ictimai yerlərdə davranış qaydaları təsvir olunur. Qətərlilərə nəzər salmaq “kobud və yersiz” hesab olunduğu üçün tövsiyə edilmir. Qeyd olunur ki, qətərli başqasına nə isə verirsə, onu sağ əli ilə almaq lazımdır. Ayaqları çarpaz oturmaq tövsiyə edilmir – bu, təhqir hesab olunur.

Həmçinin, ölkə qonaqlarına qadınlarla flört etmək məsləhət görülmür.

Üçüncü hissə dini məsələlərdən bəhs edir. Ölkəyə gələn qonaqlardan gündə 5 dəfə verilən azan zamanı yüksək səsli musiqini açmamaq xahiş olunur. Məsciddən başqa heç bir qanun qadınların çadra taxmasını tələb etmir, lakin onu “yerli mədəniyyətə inteqrasiya və hörmət göstərmək üçün” taxmaq yaxşı hal hesab olunur.

Dördüncü hissə geyim məsələlərinə aiddir. Ziyarətçilərdən təvazökar geyinmələri, çiyinlərini və dizlərini örtən paltarda gəzmələri xahiş olunur. Qadınlar uzun şalvar və ya ətək, sinə və boynu örtən üst paltar geyinməlidirlər. Qızlar üçün qolsuz köynəklər, qısa paltarlar və ya ətəklər, qısa toplar qəti qadağandır. Həm də paltarların çox şəffaf və ya sıx olması uyğun deyil.

Kişilərə dizlərini örtən şort geyinməyə icazə verilir. Dar şalvar, atletik şort geyinməmək tövsiyə olunur.

Sənədə əsasən, saat və ya nikah üzüyündən başqa zinət əşyaları qeyri-münasib sayılır. İslamdan başqa bir dinə aid hər hansı bir əşya varsa, onu paltarın altında saxlamaq xahiş olunur.

Qeyd edək ki, Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Mənbə: sports.ru

Continue Reading

Previous: Dünya çempionatını Azərbaycanda bu kanal yayımlayacaq
Next: “Qarabağ”dan milliyə atmaca – Foto

Bölmənin digər xəbərləri

Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb
  • Gündəm

Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb

4 Mart, 2026
Premyer Liqa: “Neftçi” bu gün Şamaxıda, “Qəbələ” öz meydanında mübarizə aparacaq
  • Gündəm

Premyer Liqa: “Neftçi” bu gün Şamaxıda, “Qəbələ” öz meydanında mübarizə aparacaq

28 Fevral, 2026
Azərbaycan UEFA reytinqində cari mövsümü 27-ci yerdə başa vuracaq
  • Gündəm

Azərbaycan UEFA reytinqində cari mövsümü 27-ci yerdə başa vuracaq

27 Fevral, 2026

Top 7 Xəbər

Sabah Lökbatan qəsəbəsində su kəsiləcək 1

Sabah Lökbatan qəsəbəsində su kəsiləcək

5 Mart, 2026
“Intelligence Online”: MKİ İran rəhbərliyinə qarşı əməliyyatı 2025-ci ildən hazırlayıb 2

“Intelligence Online”: MKİ İran rəhbərliyinə qarşı əməliyyatı 2025-ci ildən hazırlayıb

5 Mart, 2026
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib 3

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

4 Mart, 2026
Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək 4

Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək

4 Mart, 2026
Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar 5

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

4 Mart, 2026
Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir 6

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir

4 Mart, 2026
İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları 7

İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları

4 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 031)
  • Dünya (3. 246)
  • Gündəm (11. 340)
  • İdman (633)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 344)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9031) Dünya (3246) Gündəm (11340) Kateqoriyasızlar (467) Kriminal (1344) Mədəniyyət (338) Siyasət (2960) Texnologiya (14) İdman (633) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah Lökbatan qəsəbəsində su kəsiləcək 5 Mart, 2026
  • “Intelligence Online”: MKİ İran rəhbərliyinə qarşı əməliyyatı 2025-ci ildən hazırlayıb 5 Mart, 2026
  • Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib 4 Mart, 2026
  • Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək 4 Mart, 2026
  • Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar 4 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.