Skip to content
24 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 296)
  • Dünya (3. 339)
  • Gündəm (11. 649)
  • İdman (643)
  • İqtisadiyyat (588)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 376)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Hava şəraiti ilə bağlı əhaliyə – Xəbərdarlıq

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 26-sı gündüz saatlarınadək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir
Cavidan 25 Sentyabr, 2021

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 26-sı gündüz saatlarınadək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

“Leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur.

Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Nazirlikdən bildirilib ki, təhlükə zamanı 112-yə zəng etmək lazımdır.

Continue Reading

Previous: Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü
Next: Azərbaycanda Anım günüdür – 27 sentyabr

Bölmənin digər xəbərləri

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib
  • Cəmiyyət

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

23 Aprel, 2026
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
  • Cəmiyyət

Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir

23 Aprel, 2026
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
  • Cəmiyyət

Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb

23 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9296) Dünya (3339) Gündəm (11649) Kateqoriyasızlar (483) Kriminal (1376) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (643) İqtisadiyyat (588)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb 23 Aprel, 2026
  • Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib 23 Aprel, 2026
  • ABŞ İran nefti daşıyan tankeri ələ keçirib 23 Aprel, 2026
  • Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir 23 Aprel, 2026
  • Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb 23 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.