Skip to content
25 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 122)
  • Dünya (3. 273)
  • Gündəm (11. 456)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırıldı

Koronavirusa yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyəti
Cavidan 30 Mart, 2022

Koronavirusa yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:

“Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb”.

“Bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib”, – TƏBİB-dən bildirilib.

Modul tipli xüsusi xəstəxanalarda çalışan tibb işçilərinin sonrakı taleyinə gəlincə, qurumdan qeyd olunub ki, koronavirusla mübarizəyə cəlb edilən tibb personalı postpandemiya dövründə fəaliyyətlərini ənənəvi tibbi xidmətlərin göstərilməsi üzrə davam etdirəcəklər: “Tabeli müəssisələrdə COVİD-19-la mübarizə bölmələr, bir də modul tipli xəstəxanalar yaradılmışdı. Burada fəaliyyət göstərənlər xəstəxanalarda çalışan həkimlər idi. Yəni heç bir həkim çalışdığı yerdən çıxarılmamışdı. Sadəcə onlar COVİD-19-la mübarizəyə cəlb olunmuşdular. Bundan sonra da ənənəvi xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərini davam etdirəcəklər”.

Xatırladaq ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 308 nəfər təşkil edir.

Continue Reading

Previous: Xalq artistindən kimlər rüşvət istəyir? – “7 oğul istərəm”in Cəlalının ev problemi
Next: Dənizçilərin sənədlərinin etibarlılıq müddəti uzadıldı

Bölmənin digər xəbərləri

Sabah yağış yağacaq
  • Cəmiyyət

Sabah yağış yağacaq

24 Mart, 2026
Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər
  • Cəmiyyət

Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

24 Mart, 2026
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
  • Cəmiyyət

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Mart, 2026

Top 7 Xəbər

Sabah yağış yağacaq 1

Sabah yağış yağacaq

24 Mart, 2026
İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb 2

İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

24 Mart, 2026
Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər 3

Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

24 Mart, 2026
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 4

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Mart, 2026
Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib 5

Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib

24 Mart, 2026
Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək 6

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

24 Mart, 2026
KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir 7

KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir

24 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 122)
  • Dünya (3. 273)
  • Gündəm (11. 456)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9122) Dünya (3273) Gündəm (11456) Kateqoriyasızlar (475) Kriminal (1356) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah yağış yağacaq 24 Mart, 2026
  • İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb 24 Mart, 2026
  • Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər 24 Mart, 2026
  • DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 24 Mart, 2026
  • Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib 24 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.