Skip to content
24 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 122)
  • Dünya (3. 273)
  • Gündəm (11. 456)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Artıq Xocalıdan, Xankəndidən danışa bilərik – Proses buna doğru gedir…

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Xocalının Fərrux kəndi bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətinə
Cavidan 29 Mart, 2022

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Xocalının Fərrux kəndi bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarətinə keçmişdi. Ancaq ermənilərin qanunsuz silahlı dəstələri 30 il əvvəlki kimi yenidən Fərruxdan atəş açmağa və regionda atəşkəsi pozmağa başladı.

Nəticədə Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizlədi. Lakin bundan sonra Rusiya Müdafiə Nazirliyi öz ifadəsi elə desək, “Dağlıq Qarabağ münaqişəsi zonası”nda sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat yayıb. Məlumatda qeyd olunub ki, “martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub və “Dağlıq Qarabağ” ərazisində müşahidə məntəqəsi qurub”. Rusiya tərəfi vurğulayıb ki, Moskva sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür: “Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.

Məlum bəyanat ölkə ictimaiyyəti və rəsmi Bakı tərəfindən çox sərt qarşılanıb. Rusiya Müdafiə Nazirliyinin məlumatı üçtərəfli sazişlə yanaşı, həmçinin 2022-ci il fevralın 22-də imzalanmış “müttəfiqlik haqqında” Bəyannamənin kobud şəkildə pozulması kimi dəyərləndirilib. Həmçinin, açıqlamada yenidən “Dağlıq Qarabağ” və “Dağlıq Qarabağ respublikası” ifadələrinin işlədilməsinin yolverilməz təxribat olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı Rusiyanın bu cür təhdidləri qəbuledilməzdir.
Rusiya tərəfinin absurd bəyanatına Azərbaycan Müdafiə Nazirliyi də cavab verib. Nazirlikdən bildirilib ki, açıqlamada əks olunan məqamlar həqiqətə uyğun deyil.

Bəyan edilib ki, Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib: “Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Bu ifadənin işlənməsi Rusiya tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Azərbaycanın Xocalı rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı Fərruxdur”.

Azərbaycan Müdafiə Nazirliyinin məlum reaksiyasından sonra Rusiya MN-in saytından həmin açıqlama silinib. Ekspertlərə görə, Kremlin qərəzli bəyanat yayması səbəbsiz deyil. Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında bildirib ki, proses 1 aya yaxındır davam edirdi. Polkovnik bildirib ki, Azərbaycan tərəfi konkret bəyan etmişdi ki, həmin ərazilərdə ölkəmizin suverenliyi dərhal bərpa olunmalıdır. Hətta bununla bağlı bölgədə yaşayan ermənilərə müraciət də edilmişdi. Xəbərdarlıq olunmuşdu ki, qeyri-qanuni silahlı birləşmələr ərazini tərk etməlidir. Qalmaq istəyən sivil ermənilər isə Azərbaycanın qanunları çərçivəsində yaşamağı qəbul etməlidir: “Əfsuslar olsun ki, separatçılar bu məsələni mümkün qədər yubatdılar. Nəticədə Azərbaycan dövləti qəti addımlar atmaq məcburiyyətində qaldı. Artıq elan olunub ki, Fərrux kəndi və yüksəkliyi Azərbaycan Ordusunun nəzarəti altındadır.

Rusiya sülhməramlıları prosesə mane olmaq üçün maksimum dirəniş göstərdilər. Lakin Müdafiə Nazirliyi aldığı tapşırığı tam şəkildə və uğurla yerinə yetirdi. Ermənilərin bir-iki cəhdinin qarşısı Ordumuz tərəfindən dərhal alındı. Fərrux kəndinin bizdə olması o deməkdir ki, artıq Xocalıdan, Xankəndidən danışa bilərik. Əslində 2020-ci ildə bu məsələni həll etməliydik. Rusiyanın müdaxiləsi prosesi yubatdı, hədəfləri arxa plana keçirtdi. Rusiya Müdafiə Nazirliyinin absurd bəyanatı da kobud müdaxilə cəhdi idi. Lakin rəsmi Bakının sərt reaksiyasından sonra Kreml günün sonunda bəyanatı nazirliyin saytından çıxartdı.

Ordumuz qısa zamanda və ciddi güc sərf etmədən Fərrux yüksəkliyini nəzarət altına aldı. Yaxın həftələrdə başqa ərazilərlə bağlı məlumatlar olacaq. Bu istiqamətdə ciddi işlər görülür, rus sülhməramlıların iştirakı ilə ermənilər arasında təbliğat işi aparılır.

Qanuni tələblərimiz yerinə yetirilərsə, problem yaşanmaz. Əks halda separatçıların təxribatçı hərəkətlərinə Fərrux yüksəkliyində olduğunu kimi çox sərt cavab veriləcək”.

Continue Reading

Previous: Famil Babayev Rusiyada vəfat etdi
Next: Ermənilərə verilən mesaj: “Artıq bütün layihələr hazırlanıb ki…” – NƏ BAŞ VERİR?

Bölmənin digər xəbərləri

Sabah yağış yağacaq
  • Cəmiyyət

Sabah yağış yağacaq

24 Mart, 2026
Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər
  • Cəmiyyət

Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

24 Mart, 2026
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
  • Cəmiyyət

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Mart, 2026

Top 7 Xəbər

Sabah yağış yağacaq 1

Sabah yağış yağacaq

24 Mart, 2026
İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb 2

İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

24 Mart, 2026
Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər 3

Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

24 Mart, 2026
DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 4

DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Mart, 2026
Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib 5

Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib

24 Mart, 2026
Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək 6

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

24 Mart, 2026
KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir 7

KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir

24 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 122)
  • Dünya (3. 273)
  • Gündəm (11. 456)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9122) Dünya (3273) Gündəm (11456) Kateqoriyasızlar (475) Kriminal (1356) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah yağış yağacaq 24 Mart, 2026
  • İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb 24 Mart, 2026
  • Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər 24 Mart, 2026
  • DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib 24 Mart, 2026
  • Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib 24 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.