Skip to content
8 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 399)
  • Dünya (3. 355)
  • Gündəm (11. 730)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Zakir Həsənov vəzifəli şəxslərə tapşırıqlar verdi

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyinin Mətbuat
Cavidan 28 Mart, 2022

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına yüksək qiymət verdiyini qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Continue Reading

Previous: Rusiya 17 minə yaxın canlı qüvvə itirib – Yeni siyahı
Next: Mübariz Mənsimov gəmisinə Polad Həşimovun adını verdi – FOTO

Bölmənin digər xəbərləri

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
  • Dünya

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

8 May, 2026
Etibar Məmmədovun villası qarət olundu
  • Cəmiyyət

Etibar Məmmədovun villası qarət olundu

8 May, 2026
Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!
  • Cəmiyyət

Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!

8 May, 2026

Top 7 Xəbər

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib 1

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

8 May, 2026
Etibar Məmmədovun villası qarət olundu 2

Etibar Məmmədovun villası qarət olundu

8 May, 2026
Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır! 3

Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır!

8 May, 2026
Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır 4

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

8 May, 2026
Bakının bəzi yollarında tıxac müşahidə olunur 5

Bakının bəzi yollarında tıxac müşahidə olunur

8 May, 2026
Meteor yağışı olacaq – Bu tarixdə 6

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 7

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 399)
  • Dünya (3. 355)
  • Gündəm (11. 730)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9399) Dünya (3355) Gündəm (11730) Kateqoriyasızlar (493) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib 8 May, 2026
  • Etibar Məmmədovun villası qarət olundu 8 May, 2026
  • Azərbaycandan Rusiyaya etiraz: Bu, ciddi təxribatdır! 8 May, 2026
  • Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır 8 May, 2026
  • Bakının bəzi yollarında tıxac müşahidə olunur 8 May, 2026
© Addim.az | MoreNews by AF themes.