Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda bahalı təhsil: Qızların universitet yolunu kəsir – NƏ ETMƏLİ?
  • Cəmiyyət

Azərbaycanda bahalı təhsil: Qızların universitet yolunu kəsir – NƏ ETMƏLİ?

Ölkədə bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas və orta təhsilə
Cavidan 24 Mart, 2022
1648095869_0001

Ölkədə bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas və orta təhsilə malikdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021/2022-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsil müəssisəsində 63,1 min tələbə təhsil alıb, onların 61,6 faizini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 11 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 26 elmi təşkilatda təhsil alanların sayı 212,2 min nəfər olub ki, onların da 49,3 faizi qadınlardır.
2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46 min tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
Rəqəmlərdən də göründüyü kimi bu gün qadınlar orta ixtisas təhsili müəssisələrində təhsil almağa daha çox üstünlük verirlər. Hətta sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva “Bir dəfə gözəllik salonunda saç düzəldən xanım mənə ali təhsilli psixoloq olduğunu dedi. Digəri isə mənə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələndiyini söylədi və maaş aşağı olduğu üçün dırnaq ustası kimi çalışdığını dilə gətirdi. Gözəllik salonunda işləyənlərin 70 %-i ali təhsillidir. Bu, həqiqətən də biabırçılıqdır. Onların əksəriyyəti pedoqoji sahəni bitirənlərdir. Çox faciəvi haldır”,-deyə bldirmişdi.
Bu gün qadınların məhz orta ixtisas təhsilinə üstünlük verməsinin səbəbi əmək bazarının tələbləri, yoxsa universitetlərdə təhsil haqlarının yüksək olması ilə bağlıdır? Başqa sözlə, ailələr qızların yüksək təhsil haqqı ödənilməklə ali təhsil almasındansa, qısa zamanda sənət sahibi olmasına üstünlük verir? Təhsil üzrə ekpert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, ali təhsil hərbi xidmətdən azad edir və vətəndaşlar da hərbi xidmətdən azad olmaq üçün ali təhsilə üstünlük verirlər:
“Orta ixtisas təhsili müəssisəsi kolleclərdir ki, hərbi xidmətdən azad etmədiyinə görə oğlanlar onlara üstünlük vermir. Qadınların kolleclərə üstünlük verməsinin səbəbi isə təhsil haqları ilə bağlıdır. Bu gün Azərbaycanda çox təəssüf ki, ali təhsil müəssisələrində təhsil haqları çox yüksəkdir. Azərbaycanlı ailələr qız övladlarının yüksək təhsil haqqı ilə oxumasında maraqlı olmurlar. Digər tərəfdən, burada müddət də çox olur. Bakalavr pilləsində 4 il ərzində hər il o qədər vəsaitin ödənməsi çətindir. Ancaq kolleclərdə ödənişin məbləği 600-800 manat təşkil edir və təhsil müddəti əsasən 2 ildir. Valideynlər də düşünürlər ki, qızları burada daha ucuz və qısa müddət ərzində təhsil ala bilər. Ümumilikdə isə Azərbaycanda təhsilin əlçatanlığı 100 faizdir. Yəni bu gün Azərbaycan vətəndaşı təhsilin bütün pillələrində, istər peşə təhsili, istər orta ixtisas, istərsə də ali təhsili müəssisələrində təhsil ala bilir. Bunu birmənalı şəkildə deyə bilərik. Sadəcə olaraq təhsil haqları çox olduğuna görə ödəyə bilmir, ali və ya orta ixtisas təhsili almaqda maraqlı olmurlar”.
Ekspert düşünür ki, problem artıq həll olunur:
“Belə ki, 2021-ci ilin əvvəlinə qədər bu problem var idi. Hazırda Təhsil Tələbə Kredit Fondu yaradılıb və mövcud problemlərin həllində bu Fondun rolunu görəcəyik. Bu gün Azərbaycanda qadınların təhsilin yuxarı pillələrindəki azlıq ona görə baş verir ki, təhsil haqqı çoxdur, TTKF bu sahədə böyük iş görəcək. Fondun 100 milyon manatadək büdcəsi var və 56 min insanın təhsil almasına kredit formasında yardım edəcək. Biz birmənalı şəkildə ali təhsildə qadınların azlığını təhsil haqlarının çoxluğu ilə əlaqələndirə bilərik”.
Ekspert deyir ki, Azərbaycanda əmək bazarı heç vaxt nə universitetlər, nə də kolleclər tərəfindən araşdırılıb:
“Hətta ən perspektivli ixtisaslarda belə biz əmək bazarının təhlilini görə bilmirik. Elə olur ki, ixtisas lazımdır, mütəxəssis azdır, yaxud da ixtisas lazım deyil, mütəxəssis çoxdur. Məsələn, pedoqoji ixtisaslar üzrə kifayət qədər mütəxəssis var. Valideynlər düşünür ki, qız övladları ali təhsil alacaqsa, yalnız həkim, müəllim ola bilər. Ancaq özəl universitetlərdə informasiya texnologiyaları ixtisası ilə bağlı yerlər boş qalır. Halbuki bunlar gələcəyin ixtisaslarıdır. Ölkədə əmək bazarı nə təhsil müəssisləri, nə də valideynlər tərəfindən təhlil olunur. Sadəcə cəmiyyətdə formalaşmış stereotiplərlə hər kəs həmin ixtisasların ardınca gedir. Ali təhsilli məzunların 42 faizi öz ixtisası üzrə işləyir. Yəni keyfiyyət 50 faizdən aşağıdır.
Çünki o qədər insan da araşdırmayıb ki, mənim ixtisasıma ehtiyac varmı? Bu gün ehtiyac olan ixtisaslar üzrə məzunlar çox azdır. Məsələn, kənd təsərrüfatı ixtisası vacibdir, qəbulda bal aşağıdır, ancaq o qədər də üstünlük vermirlər. Yaxud qida təhlükəsizliyi, informasiya texnologiyaları vacib ixtisaslar olsa da, meyillənmə aşağıdır. 2021-ci ildə keçirilən müəllimlərin işə qəbul imtahanında 8 min yerə 62 min nəfər sənəd vermişdi. Təəsvvür edin ki, 50 min əlində diplomu olan müəllim var, ancaq işsizdir. Ancaq yenə də ali təhsil müəssisələrində müəllimlik ixtisasına qəbul həyata keçirilir. Digər ixtisaslar var ki, mütəxəssis tapa bilmirik və problem budur”.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Xaçmazda su basmış ərazilərin GÖRÜNTÜLƏRİ – VİDEO
Next: Ukraynada Rusiya ordusunun 100-dən çox təyyarəsi məhv edilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 112302
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Cavidan 27 İyun, 2026
RFrFrQEtf5UcsefdgZSln5Xb
  • Cəmiyyət

Ukrayna Volqoqradda “Titan-Barrikadı” zavoduna zərbə endirib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.