“Alınan mallar geri qaytarılmır”.
Bu cür elanlara mağazaların əksəriyyətində rast gəlirik.
Bir çox mağazalarda isə bildirirlər ki, alınan məhsul qaytarılmasa da, yalnız dəyişdirilə bilər.
Mağaza sahibləri və satıcılar bu cür xəbərdarlıqlarla özlərini haqlı hesab edirlər və malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı mübahisə yaranarkən, “biz xəbərdarlıq” etmişik deyərək, müştərini borclu çıxarırlar.
“ATV Xəbər” məsələnin qanunverciliklə tənzimlənməsini araşdırıb.