Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Belə insanlar ölkədə əlli ildən bir ölür…
  • Cəmiyyət

Belə insanlar ölkədə əlli ildən bir ölür…

Cavidan 18 Mart, 2022
rustem_ibrahimovv (1)

Belə insanlar ölkədə əlli ildən bir ölür. Rüstəm İbrahimbəyov Azərbaycanın mədəniyyət tarixində ən nüfuzlu tribunalara qalxa bilmiş, ən yüksək kino mükafatları qazanmış şəxsiyyətdir.

Haqqında bu böyüklükdə iddianı birmənalı şəkildə deyə biləcəyimiz neçə adam var?

“Oskar”, “Qızıl şir”, Kannda “Qran pri” və başqa onlarla ən nüfuzlu kino mükafatlarını qazandığını ona görə qeyd edirəm ki, çox adamın bu nailiyyətlərdən xəbəri yoxdur.
Və ən əsası, bu gün də yaranmayan “Azərbaycan kinosu” məhz Rüstəm İbrahimbəyovun filmləri simasında yarana bilərdi. Təəssüf ki… Təəssüfə az sonra qayıdarıq.
Film işindən anlayışı olanlar yaxşı bilir ki, Rüstəm İbrahimbəyov təkcə ssenari müəllifi deyildi, müəllif ssenariləri yazırdı, yəni onun ssenarilərinə çəkilən filmlərin əsl sahibi o idi.
O, ssenaridə məsələni həll edirdi, elə bir rejissor tanımıram ki, onun yazdığı ssenari üstündə əlahiddə rejissor işi görə bilsin.

Çox rahat iddia etmək olar ki, Mixalkovun Kann Kino Festivalının “Qran pri”sini və “Oskar” mükafatını almış “Günəşdən usanmışlar”, Venesiya festivalının qalibi olmuş “Urqa – Məhəbbət dairəsi” filmində də ssenarist Rüstəm İbrahimbyovun əməyi bir ssenaristdən qat-qat çoxdur. Çünki bu əməyi bizə daha yaxın olan “Ölsəm… Bağışla”, “Ad günü”, “Nəğmə dərsi” və b. filmlərdə də rahat görürük.

O, elə bir kino adamı idi ki, imzası olan bütün filmləri sevdiyiniz şəxsə rahatca tövsiyyə edə bilərsiz. Əvəzində yalnız təşəkkür alacaqsız.

O, SSRİ kino sənayesinin nomenklatur tövsiyyələrindən, rejissor-ssenarist bölgülərindən arınıb ana südü kimi təmiz, halal, sadə ssenarilər yazdı.

Rüstəm İbrahimbəyovun başında üç halə daim dolaşdı; kino, elita, vicdan.

Müsahibələrindən birində deyir:

“Mən 1982-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini vəsf edən pyes yazmışdım. Onu baykot etmək istəyirdilər. Təbii ki, öz işini mahir görən Heydər Əliyeviç həmin pyesə olan hücümları saxladı, pyesi qadağan etmədi. Ancaq indi demokrat olan, inqilabçı olan şəxslər onda susurdular”.
Belə bir gündə dramaturq haqqında “Qafqaz triosu” filmindən sonra cücərdilən, baş tutmayan iyrənc kampaniyaya toxunmamaq da ruhuna hörmətsizlik olar. Həmin vaxt da ona çamur atıldı, ancaq başında dolaşan o üç həqiqi haləni yarıb şəxsiyyətinə yapışa bilmədi. Ona qarşı kampaniyaya rəhbərlik edənlərin vəzifədən necə çıxarıldığını, öz mövqeyini necə itirdiyini də gözlərilə gördü.

Rüstəm İbrahimbəyov bu barədə o özü deyirdi:

“Qafqaz triosu” filmi ekranlara çıxanda dəhşətli hücumlar başladı, onu prezident dayandırdı. İlham Əliyev dedi: dayandırın bu biabırçılığı. Amma mən bilirəm ki, bu, onsuz edilmişdi, kimin başladığını da bilirəm. O isə bunu dayandırdı”.

O, Bakını tamam başqa ruhda sevirdi, sevdiyi Cənub şəhərinin ruhunu itirməsindən elə qorxurdu ki, “Əlivida, cənub şəhəri” deyib özünün qurduğu, xəyallarındakı şəhərinə köçdü. Ancaq son günlərə qədər Bakı ilə sıx əlaqələrini saxladı, tələbələrlə görüşdü, 83 yaşında belə kino mühitindən işığını əsirgəmədi, bədgüman olmadı.
Təəssüf ki, onun Azərbaycanla bağlı yazdığı, çəkdiyi bütün filmlərdən sonra ona o qədər daş atıldı ki, bu daşlardan rahatca şeytana yuva tikmək olardı. “Bir cənub şəhərində” filmi də ekranlara çıxanda onu daşlayanlar çox idi… Sonra “Əlvida, cənub şəhəri” dedi.

Nobelli şair Pablo Neruda deyir, həyatın reallıqları varsa, bizim də xəyallarımız var. Cənab İbrahimbəyov, sizin şəhərinizi xəyallarımızda da olsa, qoruyacağıq.

Adı bahar olsa da, sizi ilin ən soyuq günündə torpağa qoyduq. Ancaq yaxşı bilirik ki, cənub şəhərinin torpağı sizə soyuq gəlməz.

Torpaq qara, kəfən ağ. Lap sizin sevdalı-sevdalı çəkdiyiniz, baxdığınız, yazdığınız filmlər kimi…

İndi isə sizi sevdiyiniz şəhərin tamam başqa səltənətinə etibar edir, son filminizlə baş-başa buraxırıq. Bu filmdən sonra artıq sizi heç kəs daşlamayacaq: “Bu da mən, cənub şəhəri”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün qar yağacaq
Next: Bu gün ÇL-də 1/4 finalın püşkü atılacaq

Bölmənin digər xəbərləri

fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.