Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 795)
  • Dünya (3. 161)
  • Gündəm (10. 999)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

DYP-dən bayramla əlaqədar sürücülərə MÜRACİƏT

Cavidan 17 Mart, 2022

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Novruz bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“Novruz bayramı ilə əlaqədar 2022-ci il mart ayının 20-dən 28-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər sakinlərinin respublikanın müxtəlif regionlarına getməsi, bölgələrdən isə əhalinin əsasən paytaxta gəlməsi səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə yüksəlir.

Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövsümi hava və mövcud hərəkət şəraitini düzgün qiymətləndirmədən ötmə və manevr etmə qaydalarını pozmaları, eləcə də müəyyən edilmiş sürət həddini aşmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması və bayramı xoş əhval-ruhiyyədə keçirməsi üçün dövlət yol polisi əməkdaşları qeyri-iş günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.

Eyni zamanda texniki baxışdan keçmənin son müddəti qeyri-iş günlərinə təsadüf edən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin inzibati məsuliyyətə cəlb edilməmələri üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək”.

Continue Reading

Previous: Rasim Quliyev azadlığa buraxıldı
Next: Ərdoğan Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

Bölmənin digər xəbərləri

İranda internet bərpa olundu
  • Cəmiyyət

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib
  • Cəmiyyət

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026

Top 7 Xəbər

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 1

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 2

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

31 Yanvar, 2026
İranda internet bərpa olundu 3

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 4

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 5

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026
Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır 6

Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır

31 Yanvar, 2026
Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır 7

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 795)
  • Dünya (3. 161)
  • Gündəm (10. 999)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8795) Dünya (3161) Gündəm (10999) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 31 Yanvar, 2026
  • Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 31 Yanvar, 2026
  • İranda internet bərpa olundu 31 Yanvar, 2026
  • Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 31 Yanvar, 2026
  • Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.