Skip to content
28 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Prezident və xanımı Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladı
  • Cəmiyyət

Prezident və xanımı Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıblar.Nekroloqda deyilir:
Cavidan 26 Fevral, 2022
1645871832.04 (4)

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

“Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz veribir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 93-cü ilində vəfat edib.

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.

Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblına otuz il boyunca rəhbərlik edib. O, eyni zamanda, 1978–1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub.

Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb. Sənətkarın müqtədir şairlərimizin şeirlərinə sözlə musiqinin uğurlu vəhdətində bəstələdiyi çox sayda mahnı və təsniflər dillər əzbəri olub, dinləyicilərin qəlbində silinməz iz qoyub.

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüblər. Muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihə və proqramlarda yaxından iştirakı Əlibaba Məmmədovun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində çoxillik səmərəli fəaliyyətinin ayrılmaz parçasıdır.

Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Əlibaba Məmmədovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Zeynəb Xanlarova

Arif Babayev

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Siz Azərbaycan ərazisindəsiniz” – Hərbçilərimizdən ermənilərə XƏBƏRDARLIQ (VİDEO)
Next: İlham Əliyev Ərdoğana zəng etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-27 175205
  • Cəmiyyət

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

Cavidan 27 İyul, 2026
Screenshot 2026-07-27 170242
  • Cəmiyyət

MEDİA: İranın “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Cavidan 27 İyul, 2026
Screenshot 2026-07-27 162802
  • Cəmiyyət

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Cavidan 27 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 803)
  • Dünya (3. 468)
  • Gündəm (11. 973)
  • İdman (678)
  • İqtisadiyyat (608)
  • Kateqoriyasızlar (526)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır Screenshot 2026-07-27 175205 1
  • Cəmiyyət

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

27 İyul, 2026
MEDİA: İranın “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir Screenshot 2026-07-27 170242 2
  • Cəmiyyət

MEDİA: İranın “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

27 İyul, 2026
Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub Screenshot 2026-07-27 162802 3
  • Cəmiyyət

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

27 İyul, 2026
Azərbaycanda “Vahid indekslərin siyahısı” genişləndirilib Screenshot 2026-07-27 155009 4
  • Cəmiyyət

Azərbaycanda “Vahid indekslərin siyahısı” genişləndirilib

27 İyul, 2026
Elektron imzanı başqasına vermək hansı riskləri yaradır? Screenshot 2026-07-27 145901 5
  • Cəmiyyət

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

27 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9803) Dünya (3468) Gündəm (11973) Kateqoriyasızlar (526) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (678) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.