Skip to content
25 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 126)
  • Dünya (3. 275)
  • Gündəm (11. 460)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Azərbaycan Ordusuna komandoların qəbulu elan edildi – VİDEO

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Bu
Cavidan 23 Fevral, 2022

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə Aktualtv.az a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir.

Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat (Komando) hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).

Qeyd edək ki, məlumatda müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunub.

Continue Reading

Previous: Əhməd İsmayılov Dan Maysonla görüşdü
Next: Düşmən Laçını ATƏŞƏ TUTDU

Bölmənin digər xəbərləri

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib
  • Cəmiyyət

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

25 Mart, 2026
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • Cəmiyyət

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

25 Mart, 2026
Sabah bəzi rayonlara yağış yağacaq
  • Cəmiyyət

Sabah bəzi rayonlara yağış yağacaq

25 Mart, 2026

Top 7 Xəbər

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib 1

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

25 Mart, 2026
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb 2

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

25 Mart, 2026
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 3

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

25 Mart, 2026
Sabah bəzi rayonlara yağış yağacaq 4

Sabah bəzi rayonlara yağış yağacaq

25 Mart, 2026
İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb 5

İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb

25 Mart, 2026
Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir 6

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir

25 Mart, 2026
FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib 7

FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

25 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 126)
  • Dünya (3. 275)
  • Gündəm (11. 460)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9126) Dünya (3275) Gündəm (11460) Kateqoriyasızlar (475) Kriminal (1356) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib 25 Mart, 2026
  • Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb 25 Mart, 2026
  • Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 25 Mart, 2026
  • Sabah bəzi rayonlara yağış yağacaq 25 Mart, 2026
  • İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb 25 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.