Skip to content
6 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 040)
  • Dünya (3. 247)
  • Gündəm (11. 348)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (469)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir. Fevral ayının 22-si ilin ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunacaq. Su çərşənbəsi
Cavidan 22 Fevral, 2022

Bu gün Novruzun ilk çərşənbəsidir.

Fevral ayının 22-si ilin ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunacaq.

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Continue Reading

Previous: Nazir Ramiz Zeynalova müavin TƏYİN ETDİ – FOTO
Next: “Bəzən prokurorluğu nələrdəsə ittiham edirlər” – Kamran Əliyev

Bölmənin digər xəbərləri

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir
  • Cəmiyyət

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

5 Mart, 2026
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
  • Cəmiyyət

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

5 Mart, 2026
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
  • Cəmiyyət

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

5 Mart, 2026

Top 7 Xəbər

Tramp: İranda liderliyi yaxşı bacaran bir neçə nəfər var, onların müharibədən sağ çıxması üçün addımlar atırıq 1

Tramp: İranda liderliyi yaxşı bacaran bir neçə nəfər var, onların müharibədən sağ çıxması üçün addımlar atırıq

6 Mart, 2026
Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib 2

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib

5 Mart, 2026
Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır 3

Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

5 Mart, 2026
İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir 4

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

5 Mart, 2026
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 5

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

5 Mart, 2026
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb 6

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

5 Mart, 2026
İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı – Ümumiləşdirmə 7

İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı – Ümumiləşdirmə

5 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 040)
  • Dünya (3. 247)
  • Gündəm (11. 348)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (469)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9040) Dünya (3247) Gündəm (11348) Kateqoriyasızlar (469) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2960) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Tramp: İranda liderliyi yaxşı bacaran bir neçə nəfər var, onların müharibədən sağ çıxması üçün addımlar atırıq 6 Mart, 2026
  • Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib 5 Mart, 2026
  • Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır 5 Mart, 2026
  • İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir 5 Mart, 2026
  • İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib 5 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.