Skip to content
6 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 435)
  • Dünya (3. 042)
  • Gündəm (10. 554)
  • İdman (587)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

AMEA prezidentinin səlahiyyətləri Arif Həşimova həvalə edildi – YENİLƏNİB

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib. AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən verilən məlumata görə, yığıncaqda
Cavidan 19 Fevral, 2022

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.

AMEA Rəyasət Heyəti Mətbuat Xidmətindən verilən məlumata görə, yığıncaqda AMEA prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib.

O qeyd edib ki, Rəyasət Heyətinin fevral ayının 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib: “Məlum edirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət məktubu göndərərək uzun illər dövlət başçımızın rəhbərliyi ilə Administrasiyanın rəhbəri işlədiyim dövrdə və Akademiyanın prezidenti kimi fəaliyyətimdə mənə göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmişəm.

Bir məsələni xüsusi demək istərdim. Belə mürəkkəb regionda dövlətə başçılıq etmək böyük əzm, istedad, güclü iradə, yüksək siyasi bacarıq tələb edir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun bütün bu ali keyfiyyətləri özündə birləşdirən lideri var. Dərin minnətdarlıq hissi ilə deməyi özümə borc bilirəm ki, həm ulu öndər Heydər Əliyev, həm də hörmətli Prezidentimiz İlham Əliyev mənim əməyimə yüksək qiymət veriblər.

Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm”.

Ramiz Mehdiyev çıxışında Akademiyanın dövlətimizin qüdrətinin artırılmasında daha fəal və yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin vaxtında bəyan etdiyi kimi, Akademiyanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır”.

Akademiya prezidenti çıxışının sonunda iki il dörd ay ərzində onunla birlikdə çalışmış Rəyasət Heyəti üzvlərinə, elmi-tədqiqat institutlarının kollektivlərinə, aparatın əməkdaşlarına təşəkkür edib.

Daha sonra Nizamnaməyə uyğun olaraq akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.

Qərar qəbul edildikdən sonra AMEA Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

AMEA-nın yeni prezidenti isə növbəti Ümumi yığıncaqda seçiləcək.


11:58

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.

Toplantının gündəliyinə 1 məsələ daxil edilib.

Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.

AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir.

Continue Reading

Previous: Kürdəmirin yeni icra başçısı kollektivə təqdim edildi
Next: Ramiz Mehdiyevin istefa ərizəsi QƏBUL OLUNDU

Bölmənin digər xəbərləri

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır
  • Cəmiyyət

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

5 Dekabr, 2025
Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib
  • Cəmiyyət

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

5 Dekabr, 2025
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM
  • Cəmiyyət

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM

5 Dekabr, 2025

Top 7 Xəbər

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 1

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 2

“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb

6 Dekabr, 2025
Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar 3

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

5 Dekabr, 2025
Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır 4

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

5 Dekabr, 2025
Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib 5

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

5 Dekabr, 2025
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM 6

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM

5 Dekabr, 2025
Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir – Liderlərdən ÇAĞIRIŞ 7

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir – Liderlərdən ÇAĞIRIŞ

5 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 435)
  • Dünya (3. 042)
  • Gündəm (10. 554)
  • İdman (587)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8435) Dünya (3042) Gündəm (10554) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (587) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 6 Dekabr, 2025
  • “Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 6 Dekabr, 2025
  • Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar 5 Dekabr, 2025
  • Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır 5 Dekabr, 2025
  • Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib 5 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.