Skip to content
8 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 397)
  • Dünya (3. 354)
  • Gündəm (11. 729)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İlham Əliyev iranlı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli
Cavidan 11 Fevral, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk.

Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir.

Aşqabadda Sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir.

İnanıram ki, Azərbaycan-İran münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Continue Reading

Previous: “Azərbaycan Nəşriyyatı” 4 milyon kapitalla dövlət qeydiyyatına alındı
Next: Magistraturaya sənəd qəbulu başa çatdı

Bölmənin digər xəbərləri

Bakının bəzi yollarında tıxac müşahidə olunur
  • Cəmiyyət

Bakının bəzi yollarında tıxac müşahidə olunur

8 May, 2026
Meteor yağışı olacaq – Bu tarixdə
  • Cəmiyyət

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
  • Cəmiyyət

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

7 May, 2026

Top 7 Xəbər

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır 1

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

8 May, 2026
Bakının bəzi yollarında tıxac müşahidə olunur 2

Bakının bəzi yollarında tıxac müşahidə olunur

8 May, 2026
Meteor yağışı olacaq – Bu tarixdə 3

Meteor yağışı olacaq – Bu tarixdə

7 May, 2026
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 4

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

7 May, 2026
Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 5

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

7 May, 2026
Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ 6

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

7 May, 2026
Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub 7

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 397)
  • Dünya (3. 354)
  • Gündəm (11. 729)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9397) Dünya (3354) Gündəm (11729) Kateqoriyasızlar (493) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır 8 May, 2026
  • Bakının bəzi yollarında tıxac müşahidə olunur 8 May, 2026
  • Meteor yağışı olacaq – Bu tarixdə 7 May, 2026
  • WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 7 May, 2026
  • Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.