Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu tələbələrin biliklərinin qiymətləndirilməsi qaydası dəyişdi
  • Cəmiyyət

Bu tələbələrin biliklərinin qiymətləndirilməsi qaydası dəyişdi

Təhsil Nazirliyinin Kollegiyası “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edib. Bundan əvvəl yüksək texniki peşə təhsili
Cavidan 11 Fevral, 2022
1644556814.199471_j4xkf62353

Təhsil Nazirliyinin Kollegiyası “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edib.

Bundan əvvəl yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərsə davamiyyəti, tələbənin sərbəst işi və semestr ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirib.

Tələbə semestr ərzində maksimum 10 bal davamiyyət (semestr ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılıb), maksimum 10 bal sərbəst işə və maksimum 30 bal nəzəri və praktiki dəsrlərdəki nəticəsinə görə əldə edə bilərdi.

Dəyişikliyə əsasən, “semestr” anlayışı yarımillə əvəz olunub, tələbənin sərbəst işi ləğv edilib. Tələbənin sərbəst işi ləğv olunduğundan cari qiymətləndirmə qaydası da dəyişib. Başqa sözlə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin yarımil müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərsə davamiyyəti, yarımil ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirəcək. Tələbə yarımil ərzində maksimum 10 bal davamiyyət (yarımil ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılacaq), maksimum 20 bal praktiki məşğələ və ya laboratoriya dərslərindəki nəticələrinə görə (eyni modul/fəndən həm praktiki məşğələ, həm laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılacaq) və maksimum 20 bal nəzəri dəsrlərdəki nəticələrinə görə əldə edə biləcək.

Bundan əvvəl tələbənin yalnız modul/fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabər idisə, artıq tələbənin modul/fənn və istehsalat təcrübəsi üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabər olacaq. Eyni zamanda istehsalat təcrübəsi üzrə balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşacaq.

Yekun qiymətləndirmə proseduru da dəyişib. Bundan əvvəl yüksək texniki peşə təhsili səviyyəsində ixtisas (sınaq) istehsalat işinin yekun nəticələri çoxballı qiymət şkalası (A,B,C,D,E,F) ilə ölçülüb və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılıb. Tələbənin toplaya biləcəyi maksimum balların miqdarı 100-ə bərabər olub. Bu balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə Komissiya tərəfindən ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşıb. Dəyişikliyə əsəsən bu bənd ləğv olunub.

Qaydaya əlavə olunan 4.3-1-ci bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsində tələbənin təhsil proqramını mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanacaq və yekun qiymətləndirmə ÜOMG əsasında müəyyən ediləcək. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş aralıq attestasiyalardan (modul/fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun qiymətləndirmədən keçmiş hesab olunacaq. ÜOMG yarımillər üzrə artan istiqamətdə hesablanacaq (birinci yarımil, ikinci yarımil, üçüncü yarımil və s.) və diploma əlavəyə daxil ediləcək. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdiriləcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rövnəq Abdullayev SOCAR-dan çıxarılmasından DANIŞDI
Next: “Azərbaycan Nəşriyyatı” 4 milyon kapitalla dövlət qeydiyyatına alındı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 170129
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.