Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 346)
  • Dünya (3. 347)
  • Gündəm (11. 694)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqladı

“Kifayət qədər müxtəlif fikirlərin eşidildiyi və az qala bir ilə yaxın davam edən müzakirələrdən sonra “Media haqqında” Qanun
Cavidan 9 Fevral, 2022

“Kifayət qədər müxtəlif fikirlərin eşidildiyi və az qala bir ilə yaxın davam edən müzakirələrdən sonra “Media haqqında” Qanun artıq qüvvəyə mindi. Praqmatik fikirlər də eşitdik, sərt, bəzən barışmaz və amansız iradlar da, hətta təhqirlər, ələsalmalar da… Oxuyub danışanların da səsini duyurduq, “oxumamışam amma ittiham edirəm” ritorikasına köklənmişlərin də”.

Bunu Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Media haqqında” qanun barədə danışarkən deyib.

O qeyd edib ki, reallığın gözünə dik baxan və bu sərt reallığı bizə açıq şəkildə ifadə edən uzun illərin media adamlarının narahatlığı qanundan daha çox belə bir niyyətin nə dərəcədə səmimi olması ilə bağlı idi:

“Onlar bir qayda olaraq qanunun maddələrinə yox keçmişin xoş olmayan xatirələrinə istinad edirdilər. Yəni mediamızın intellektual baqajında nə vardısa, hamısını qanunun müzakirəsi zamanı nümayiş etdirə bildi.

Biz də öz növbəmizdə cavabsız sual buraxmadıq. İşimizin düz və lazımlı olduğuna inanırdıq. Eşitdiyimiz heç bir fikir bizim üçün gözlənilməz deyildi, çünki ondan da sərt fikirləri öz aramızda özümüz səsləndirirdik və saatlarla yox günlərlə sürən bu müzakirələrdə həmin sərt sualların tutarlı cavablarını da özümüz tapırdıq.

Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?

  • Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına;
  • Milli informasiya resurslarımızın güclənməsinə;
  • Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına;
  • Jurnalistin sosial portretinin formalaşmasına, statusunun və imicinin yaxşılaşmasına, nüfuzunun güclənməsinə;
  • Özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə;
  • Mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə;
  • Dövlətin medianın informasiya təminatını yaxşılaşdırmasına;
  • Medianın iqtisadi müstəqilliyini gücləndirməyə yönəlmiş dövlətin güzəşt və imtiyazların dairəsinin müəyyənləşməsinə.
    “Media Qanunu” ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verdi. Bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir.

Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır.
Amma unutmayaq, “Media Qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır”.

Continue Reading

Previous: “Ayıq sürücü” çağırmaq daha asan oldu
Next: Kəmaləddin Heydərovu Sahil Babayev əvəzlədi

Bölmənin digər xəbərləri

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI
  • Cəmiyyət

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI

1 May, 2026
Milli Məclisin iclası başladı
  • Cəmiyyət

Milli Məclisin iclası başladı

1 May, 2026
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
  • Cəmiyyət

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

1 May, 2026

Top 7 Xəbər

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 1

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI

1 May, 2026
Milli Məclisin iclası başladı 2

Milli Məclisin iclası başladı

1 May, 2026
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 3

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

1 May, 2026
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 4

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

1 May, 2026
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq 5

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 6

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 7

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 346)
  • Dünya (3. 347)
  • Gündəm (11. 694)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9346) Dünya (3347) Gündəm (11694) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 1 May, 2026
  • Milli Məclisin iclası başladı 1 May, 2026
  • Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 1 May, 2026
  • Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 1 May, 2026
  • Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.