Skip to content
19 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 101)
  • Dünya (3. 270)
  • Gündəm (11. 440)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Bu, kredit götürənlərin daha çox borclanmasına səbəb olur” – Deputat

Azərbaycanın Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit porfeli 17 milyard 119 milyon manat olub. Bunu iqtisadçı
Cavidan 8 Fevral, 2022

Azərbaycanın Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit porfeli 17 milyard 119 milyon manat olub.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, rəsmi statistikada diqqəti çəkən məqamlardan biri kredit portfelinin sahələr üzrə strukturu ilə bağlıdır:

“Belə ki, 8 milyard 607 milyon manat ev təsərrüfatlarına təqdim olunub. Bu ipoteka kreditləşməsi daxil olmaqla əsasən istehlak kreditləşməsidir. Ümumi kredit portfelinin yarıdan çoxu ev təsərrüfatları vasitəsi ilə istehlak kreditləşməsinə yönəldilib. İqtisadiyyat üçün vacib olan sənaye və istehsala isə cəmi 971 milyon manat kredit ayrılıb. Bu ümumi kredit portfelinin cəmi 5.4 faizi deməkdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə il ərzində 591 milyon manat yönəldilib. Bu da ümumi kredit portfelinin 3.5 faizi deməkdir. Bu isə o deməkdir ki, kreditlərin cəmi 8.9 faizi sənaye və kənd təsərrüfatına yönəldilib. Deməli, bank kreditlərinin hətta 10 faizi belə sözügedən iki vacib sahəyə təklif olunmayıb.

Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur”.

Deputat bildirib ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımından arzuolunan deyil:

“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağırışlar yaradır və bu da sektorun dayanıqlığı baxımından arzuolunan deyil. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artılrlmasına ehtiyac var”.

Continue Reading

Previous: Azərbaycan və Türkiyə vətəndaşları icbari tibbi sığortadan istifadə edə biləcək
Next: Əmək pensiyaçılarına 200 manat maddi yardım ödəniləcək

Bölmənin digər xəbərləri

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • Cəmiyyət

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026
Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub
  • Cəmiyyət

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

19 Mart, 2026
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • Cəmiyyət

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026

Top 7 Xəbər

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 1

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026
Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub 2

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

19 Mart, 2026
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 3

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb 4

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

19 Mart, 2026
Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər – YENİLƏNİB 5

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər – YENİLƏNİB

19 Mart, 2026
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 6

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

18 Mart, 2026
Yanvarda nikah və boşanmaların sayı azalıb 7

Yanvarda nikah və boşanmaların sayı azalıb

18 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 101)
  • Dünya (3. 270)
  • Gündəm (11. 440)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9101) Dünya (3270) Gündəm (11440) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (340) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 19 Mart, 2026
  • Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub 19 Mart, 2026
  • FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 19 Mart, 2026
  • Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb 19 Mart, 2026
  • Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər – YENİLƏNİB 19 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.