Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda pensiya kapitalının minimum məbləği artdı
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda pensiya kapitalının minimum məbləği artdı

Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb. Hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560
Cavidan 5 Fevral, 2022
a8b91460-7a4d-33bf-8e80-73aa2fcb9ae6_850

Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb.

Hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir.

Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır: “Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir”.

Nazirlikdən qeyd olunub ki, lakin pensiya yaşına çatsa da pensiya hüququ yaranmayan şəxs heç də sosial təminat sistemindən kənarda qalmır: “Belə ki, 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin olunur. Həmin müavinət də son üç ildə 2,5 dəfə artırılaraq 180 manata çatdırılıb. Pensiyaların hər ilin əvvəlindən indeksləşdirilərək artırılması əvvəlki ilin orta aylıq nominal əməkhaqqının illik artım tempi göstəricisi əsasında aparılır. Pensiyalara indeksləşdirilməs əsasında artım tətbiq edildikdə bu barədə məlumat veriləcək” .

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Müdafiə Nazirliyindən əsgər valideynlərinə MÜRACİƏT
Next: Həbsdə olan Vüqar Səfərlidən XƏBƏR VAR

Bölmənin digər xəbərləri

277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026
547d37ae-d642-3 v
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 645)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 1
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 2
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 3
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 4
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB aj1mmDpj3XS6niqa8Se b 5
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9645) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.